Bizim təqvim > Sentyabr > 14
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 14 sentyabr hansı fakt və olaylarla yadda qalıb?
14 sentyabr
1939 – Yazıçı, dramaturq Aslan Qəhrəman oğlu Qəhrəmanlı Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Aslan_Q%C9%99hr%C9%99manl%C4%B1
http://www.kinozal.az/site/?name=person&adem_id=3951
* * *
1920 – Cənubi Azərbaycan Milli Hökumətinin qurucusu Şeyx Məhəmməd Xiyabani Təbrizdə qətlə yetidilib.
Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Təbriz üsyanı həmin ilin aprelində qələbə çalmış, iyunda onun rəhbərliyi altında Milli Hökumət qurulmuşdu.
Bu arada Tehran (şah) rejimi bir tərəfdən Xiyabani ilə danışıqlar aparır, ona müxtəlif vədlər verir, digər tərəfdən, Təbrizə hücum planı hazırlayırdı.
1920-ci il sentyabrın 12-də irtica qüvvələri Təbrizə hücum etdilər. Təbriz üsyançıları iki gün qəhrəmancasına müqavimət göstərdilər. Sentyabrın 14-də Xiyabani öldürüldü və üsyan qan içərisində boğuldu.
Cənubi Azərbaycan türkləriin istiqlal mübarizəsinin daha bir səhifəsi faciəli şəkildə sona çatdı.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page224.html
http://www.azerbaijan.az/_History/_Middle/middle_04_a.html
http://az.wikipedia.org/wiki/%C5%9Eeyx_M%C9%99h%C9%99mm%C9%99d_Xiyabani
http://azadistan-xiyabani.blogspot.com/2004/09/81-il-nc-tbrizd-milli-hkumt-elan.html
* * *
1991 – Bakıda Azərbaycan Kommunist Partiyasının (KP) fövqəladə 33-cü qurultayı keçirilib.
Qurultay Azərbaycan KP-nin özünü buraxması haqqında qərar qəbul edib. Partiyanın əmlakı mərkəzi və yerli hakimiyyət orqanlarına verilib.
“Avqust qiyamı”nın (19-22 avqust – Moskvada komminist-revanşist qüvvələrin “QKÇP” dövlət çevrilişi cəhdi) iflasından sonra Sovet İttifaqında kommunist hakimiyyətinə faktiki olaraq son qoyulmuşdu. Moskvada Sov.İKP-nin özünü buraxması barədə qərar qəbul etməsindən sonra müttəfiq respublikaların kommunist partiya təşkilatları da eynilə hərəkət etmək zorunda idilər.
Beləcə 1920-ci ilin yanvarında qurulan və 71 il respublikada hakim qüvvə olan Azərbaycan KP də tarixin arxivinə verildi.
Əlavə bax:
http://www.elibrary.az/docs/azerbaijan/gl3.pdf
http://www.kommunist.az/
* * *
1994 – Azərbaycan Respublikası ilə Qətər dövləti arasında diplomatik münasibətlər qurulub.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=125&Itemid=43
* * *
1998 – Bakıda Azərbaycan qadınlarının qurultayı başlayıb. Bu, müstəqillik dövründə Azərbaycan qadınlarının ilk belə forumu idi.
Əlavə bax:
http://bizimasr.media-az.com/arxiv_2003/sentyabr/215/sosium.html
http://ria.az/gundem/4115.html
* * *
Bax:
►13 sentyabr