ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Sentyabr > 13

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 13 sentyabr hansı fakt və olaylarla yadda qalıb? 

 

13 sentyabr

 

1826 – İkinci Rusiya-İran müharibəsinin (1826-1828) gedişinə əhəmiyyətli dərəcədə təsir edən Gəncə döyüşü olub. İran qoşunlarının bu döyüşdə ağır məğlubiyyətə uğraması müharibənin taleyini faktiki olaraq həll etdi.

Bundan bir qədər əvvəl isə (3 sentyabr) şahzadə Abbas Mirzənin qoşunları Şəmkir döyüşündə ruslara məğlub olmuşdu.

Bu arada Gəncədə Rusiya işğalçılığı əleyhinə üsyanın başlaması da İranın işinə yaramadı, ruslar üsyanı yatırdılar.  

Bunun ardınca ruslar Şəki və Lənkəranda meydana gələn üsyanları da yatırdılar, həmçinin Lənkəran xanlığını ləğv etdilər.

Bundan sonra isə Rusiya qoşunlarının Naxçıvan, İrəvan xanlıqları üzərinə və Arazdan cənubdakı Azərbaycan ərazisinə hücumlara başlandı.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page42.html

http://az.wikipedia.org/wiki/%C4%B0kinci_Rusiya-%C4%B0ran_m%C3%BCharib%C9%99si

http://www.conflict.aznet.org/main.html

 * * *

1919 – Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyli parlamentə müraciət edərək hökumət kabinetinin istefa verdiyini bildirib.

Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi 4-cü koalisiya hökuməti həmin ilin aprelində qurulmuşdu.

İstefaya səbəb isə yenə hökumətdaxili (parlamentdə fraksiyalararası) ixtilaf, o cümlədən iqtisadi məsələlərlə bağlı fikir ayrılıqları idi.

 Parlament yeni koalisiya qurulanadək Nazirlər Şurasına rəhbərlik etməyi N.Yusifbəyliyə həvalə etdi. N.Yusifbəylinin başçılığı ilə Xalq Cümhuriyyətinin 5-ci hökumət kabineti isə 1919-cu ilin dekabrında formalaşdı.

Əlavə bax:

http://www.azerbaijanvision.com/index.php?name=News&file=article&sid=76

http://az.wikipedia.org/wiki/N%C9%99sib_b%C9%99y_Yusifb%C9%99yli

 * * *

1933 – Görkəmli bəstəkar, SSRİ-nin və Azərbaycanın xalq artisti Arif Məlikov anadan olub.

Nazim Hikmətin pyesi əsasında yazdığı «Məhəbbət əfsanəsi» baleti ona dünya şöhrəti gətirib, bir çox ölkələrin teatrlarında səhnəyə qoyulub.

Azərbaycan kinosunun qızıl fonduna daxil olan bir sıra filmlərə musiqi yazıb.

Əlavə bax:      

http://az.wikipedia.org/wiki/Arif_M%C9%99likov

http://musigi-dunya.az/new/read_magazine.asp?id=267

http://kultaz.com/2008/01/29/arif-melikov-narazidir/

http://www.respublica.news.az/2008/11/20/3997/

 * * *  

Bax:

►12 sentyabr  



 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009