ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Sentyabr > 12

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 12 sentyabr hansı fakt və olaylarla yadda qalıb?  

 

12 sentyabr

 

1723 – Çar Rusiyası ilə Səfəvi dövləti arasında Peterburq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Azərbaycanın Xəzəryanı əraziləri (Dərbənd, Bakı, Salyan, Lənkəran, Rəşt, Ənzəli) Rusiyanın nəzarətinə verilib.

Həmin dövrdə Osmanlı imperatorluğu ilə müharibə aparan Səfəvi dövləti üçün bu saziş taktiki səciyyə daşıyırdı. Səfəvilər Rusiya ilə müttəfiqlik əldə etməklə onun köməyi ilə Osmanlını ələ keçirdiyi Şimali və Qərbi Azərbaycandan çıxarmaq istəyirdi.

Lakin çar Rusiyası Səfəvi dövlətinə umduğu dəstəyi vermədi. Əksinə, 1724-cü ildə Rusiya Osmanlı ilə də müqavilə bağlayaraq Xəzəryanı bölgələr istisna olmaqla Azərbaycanın qalan hissəsini onun nəzarətinə verdi.

Səfəvi dövəti isə Rusiyaya verdiyi torpaqları yalnız 1732-1735-ci illərdə - I Pyotrun ölümündən sonra Rusiyanın zəifləməsindən istifadə edərək - geri qaytara bildi.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page257.html

http://marketing.ucoz.org/load/2-1-0-14

http://www.az-muallimi.com/arxiv/n32/ardi6.html

 * * *

1801 – Çar I Aleksandr Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest imzalayıb.

Manifestə əsasən, Azərbaycanın tarixi torpaqları olan Qazax, Şəmsəddil, Borçalı və Pəmbək əraziləri də Rusiyanın tərkibinə qatıldı.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page286.html

http://www.borchali.net/index.php?s=haqqinda

http://asav.bochum.googlepages.com/Borcali_E-Seferov.htm

http://memorial.aznet.org/alfc3.shtml

 * * *

1887 – Görkəmli yazıçı, tərcüməçi və ictimai-siyasi xadim Yusif Vəzir Çəmənzəminli (1887-1943) anadan olub.

Xalq Cümhuriyyətinin Istanbulda səfiri olub, sonra mühacirətdə yaşayıb, 1926-cı ildə Azərbaycana qayıdıb.

Yazıçı 1940-cı ildə həbs olunub, 1943-də həbs düşərgəsində vəfat edib.

Yusif Vəzir Çəmənzəminlinin «İki od arasında» («Qan içində») romanı Azərbaycan tarixi romanının klassik nümunəsidir.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Yusif_V%C9%99zir_%C3%87%C9%99m%C9%99nz%C9%99minli

http://melumat.xazar.com/idx/100/0/Yusif-V601zir-199601m601nz601minli.html

http://az.apa.az/xeber_Azerbaycanin_Ukraynadaki_ilk_sefiri__158849.html

* *  *

2001 - Yazıçı, tərcüməçi Manaf Fərəc oğlu Süleymanov (3.3.1912, Lahıc - 12.9.2001, Bakı) vəfat edib.

Yazıçının “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” adlı tarixi-publisistik əsəri böyük populyarlıq qazanıb.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Manaf_S%C3%BCleymanov

http://www.adam.az/az.php?subaction=showfull&id=1213942955&archive=&start_from=&ucat=8,20,53&go=headlines&category=53

* * *

Bax:

►11 sentyabr

* * *

 

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü) 

12 sentyabr 1921 - Dünya şöhrətli Polşa yazıçısı və satiriki Stanislav Lem (Stanislaw Lem, 1921-2006) anadan olub. 

12 sentyabr 1933 - Rus-sovet aktrisası, SSRİ-nin Xalq artisti Tatyana Doronina anadan olub. 

12 sentyabr 1944 - Məşhur rus skripkaçısı, «Moskva virtuozları» ansamblının rəhbəri Vladimir Spivakovun doğum günüdür. 

12 sentyabr 1972 - İngilis kinoaktyoru («Ölüm yarışı», «Müharibə») Ceyson Stetxem (Jason Michael Statham) anadan olub.



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009