ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Sentyabr > 11

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 11 sentyabr hansı fakt və olaylarla yadda qalıb?  

 

11 sentyabr

 

1795 – Tiflis yaxınlığında gürcü çarı II İraklinin qoşunları ilə İran şahı Ağa Məhəmməd Qacarın qoşunları arasında döyuş olub.

Qacarın qoşunları gürcü qüvvələrini məğlub edib və Tiflisi, eləcə də bütün Şərqi Gürcüstanı (o cümlədən Azərbaycanın Borçalı mahalını) ələ keçiriblər.

Lakin İran qoşunları burada çox qala bilmədi. İlin sonunda Rusiya qoşunları onları bölgədən sıxışdırıb çıxardı.

Bundan sonra isə çar II İrakli Rusiya imperiyası ilə müqavilə bağladı və Gürcüstan (Kartli-Kaxetiya çarlığı) Rusiyanın himayəsinə keçdi.

Əlavə bax:

http://www.borchali.net/index.php?s=haqqinda

http://asav.bochum.googlepages.com/Borcali_E-Seferov.htm

http://memorial.aznet.org/alfc3.shtml

 * * *

1913 – Tanınmış kinorejissor və operator, xalq artisti Muxtar Dadaşov (1913-1998) anadan olub.

Azərbaycan kino tarixində önəmli yer tutan bir sıra filmlərə («Qanun naminə», «Bakıda küləklər əsir» və s.) quruluş verib.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Muxtar_Dada%C5%9Fov

http://www.anl.az/down/medeniyyet2008/iyun/medeniyyet2008_iyun_216.htm 

 * * *

1914 - Görkəmli türk maarifçisi, naşir və mütəfəkkir İsmayıl Qaspıralı (Gasprinski) (8.3.1851 - 11.9.1914) vəfat edib.

Türk xalqlarının mədəniyyəti və maarifçiliyi tarixində böyük xidmətlər göstərmiş İsmayıl Qaspıralı Krım tatarı idi. Krımdakı Qaspra şəhərində doğulmuşdu.

1883-cü ildən ömrünün sonunadək "Tərcüman” qəzetinin naşiri olub.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/%C4%B0smay%C4%B1l_Qaspiral%C4%B1

http://www.xariciedebiyyat.azeriblog.com/2007/12/30/ismail-bey-qaspirali-hahhinda-eserleri-baresinda-kitablar-sayti

* * *

1996 – Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın Avropa Şurasına daxil olması və Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Baki ilə danışıqların intensivləşdirilməsini nəzərdə tutan ( 96) 32 saylı qətnamə qəbul edib.

Bundan bir qədər əvvəl (iyun 1996) Avropa Şurası Parlament Assambleyası Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusu vermişdi.

Əlavə bax:

http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=598&Itemid=1

 * * *  

Bax:

►10 sentyabr

 * * *

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü) 

11 sentyabr 1862 - Amerika yazıçısı, novella janrının ustası O.Henri (O. Henry - William Sydney Porter, 1862-1910) anadan olub. 

11 sentyabr 1865 - Latviya şairi və dramaturqu Yan Raynis (Pliekşans) anadan olub. 

11 sentyabr 1894 - Ukrayna-sovet kinorejissoru Aleksandr Petroviç Dovjenko (1894-25.11.1956) anadan olub. 

11 sentyabr 1903 - Alman filosofu və musiqişünası Teodor Adorno (Theodor Ludwig Wiesengrund-Adorno, 1903-1969) anadan olub. 

11 sentyabr 1937 - Məşhur rus-sovet estrada müğənnisi İosif Kobzonun doğum günüdür. 

11 sentyabr 1940 - Amerika kinorejissoru Brayan de Palma (Brian de Palma) anadan olub.

 

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009