Bizim təqvim > Sentyabr > 10
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 10 sentyabr hansı fakt və olaylarla yadda qalıb?
10 sentyabr
1618 – Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında növbəti müharibənin (1616-1618) nəticələrinə dair Mərənd sülh sazişi imzalanıb.
Səfəvi hökmdarı I şah Abbasla Osmanlı dövlətinin ordu komandanı Xəlil paşanın imzaladığı sazişə əsasən, iki dövlət arasında 1612-ci ildə əldə olunmuş Sarab sülhünün əsas şərtləri bir daha təsdiqlənib.
Həmin şərtlərə əsasən, Səfəvi dövləti XVI sonunda Osmanlı ilə müharibədə (1578-1590) itirdiyi torpaqların böyük hissəsini geri almışdı.
Lakin bu sülh də uzun sürmədi və beş il sonra (1625) tərəflər arasında yeni müharibə başlandı.
Əlavə bax:
http://www.salaminfo.az/tarix/115.html
http://oyunkod.azersayt.com/blog.html?page=comments&member=SM&newsid=19507
http://tr.wikipedia.org/wiki/I._Abbas
http://az.wikipedia.org/wiki/S%C9%99f%C9%99vil%C9%99r_d%C3%B6vl%C9%99ti
* * *
1917 - Xalq artisti, Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilkin aktrisalarından biri Firuzə Məmmədqulu qızı Əlixanova (1917- 24.11.1994) Ordubadda anadan olub.
* * *
1931 - Vokal ifaçısı, aktyor, uzun müddət Musiqili Komediya Teatrının solisti olmuş Mobil Salman oğlu Əhmədov (1931 - 3.6.2006) Gəncədə doğulub.
* * *
1935 - Ədəbiyyatşünas, tərcüməçi, publisist Maqsud İbrahim oğlu Hacıyev anadan olub.
* * *
1939 – Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib.
Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb.
Bundan əlavə, yeni Jdanov (indiki Beyləqan) və İsmayıllı rayonları yaradılıb, Haciqabul qəsəbəsi Qazıməmməd və o, eyniadlı rayonun mərkəzi olub.
Həmin il həmçinin Ağstafa və Ucar rayonları yaradılıb.
Əlavə bax:
http://www.azerbaijan.az/_Districts/_districts_a.html
* * *
1947 - Nasir, publisist Mustafa Çəmənli (Mustafa Şura oğlu Mustafayev) Ağdam rayonunun Çəmənli kəndində anadan olub.
* * *
1993 – ABŞ prezidenti Bill Klinton Azərbaycan Ali Sovetinin sədri, prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyevə məktub göndərib.
Məktubda Amerika tərəfi Azərbaycan rəhbərliyindən Bakı-İcevan və Bakı-Naxçıvan dəmir yolunun bərpasını xahiş edirdi.
Bunun müqabilində isə ABŞ rəhbərliyi Azərbaycana humanitar yardımları qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi (1992-ci ildə Konqresdə qəbul olunmuşdu) ləğvini vəd edirdi. Azərbaycan rəhbərliyi bu təklifi rədd etdi.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=80&Itemid=43
* * *
Bax:
►9 sentyabr
* * *
Tarixdə bu gün: Dünya
(mədəniyyət bölümü)
10 sentyabr 1839 - Amerika filosofu, praqmatizm və semiotikanın banilərindən biri Çarlz Sanders Pirs (Charles Sanders Peirce, 1839-1914) anadan olub.
10 sentyabr 1872 - Rus yazıçısı, Uzaq Şərqin tədqiqatçısı («Dersu Uzala» romanı) Vladimir Arsenyev (1872-1930) anadan olub.
10 sentyabr 1912 - Məşhur Danimarka karikaturaçısı Herluf Bidstrup (Herluf Bidstrup, 1912-1988) anadan olub.
10 sentyabr 1914 - Amerika kinorejissoru, iki dəfə «Oskar» laureatı Robert Uayz (Robert E. "Bobby" Wise, 1914-2005) anadan olub.
10 sentyabr 1948 - Məşhur rus kinoaktoyru İqor Kostolevskinin doğum günüdür.
10 sentyabr 1955 - Rusiyanın məşhur estrada müğənnisi Larisa Dolina (Kudelman) Bakıda anadan olub.
10 sentyabr 1958 - Məşhur Amerika kinorejissoru və ssenaristi Kris Kolambus (Chris Columbus) anadan olub.
10 sentyabr 1964 - Ötən əsrin 80-ci illərinin məşhur rus-sovet estrada müğənnisi Yevgeni Belousovun (1964-1997) doğum günüdür.