ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Sentyabr > 9

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 9 sentyabr hansı fakt və olaylarla yadda qalıb? 

 

9 sentyabr

 

1578 – Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında çoxillik müharibələrin ikinci mərhələsi başlanıb.

Azərbaycanın şimal-qərbində Qanıx (Alazan) çayı sahilində (indiki Zaqatala-Balakən ərazisi) baş verən döyüşdə Səfəvi qoşunları qalib gəlib.

Lakin müharibənin sonrakı döyüşlərində Osmanlılar ard-arda qələbəlar qazandılar və 1590-cı ildə bağlanan İstanbul sülh sazişi ilə iki türk dövlətinin qanlı müharibələrinin növbəti mərhələsinə yekun vuruldu.

İstanbul sülh müqaviləsinə əsasən, Talış bölgəsi istisna olmaqla bütün Şimali Azərbaycan, Qərbi Azərbaycan, eləcə də Cənubi Azərvaycanın bir hissəsi (Şirvan və Qarabağdan Təbriz və Marağayadək ərazilər) Osmanlı dövlətinin nəzarətinə keçdi.

Əlavə bax:

http://www.salaminfo.az/tarix/115.html

http://www.gunaz.tv/xaber/diplomatiya-tariximize-deyerli-tohfe

http://oyunkod.azersayt.com/blog.html?page=comments&member=SM&newsid=19507

http://az.wikipedia.org/wiki/S%C9%99f%C9%99vil%C9%99r_d%C3%B6vl%C9%99ti

 * * *

1991 – Erməni silahlı dəstələri Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı yeni terror aktları həyata keçiriblər.

Ağdam-Xocavənd avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilib 34 nəfər yaralanıb.

Ağdam-Qaradağlı marşrutu üzrə avtobusun gülləbaran edilməsi nəticəsində 8 azərbaycanlı həlak olmuş, 42 nəfər xəsarət almışdı.

Əlavə bax:

http://www.mns.gov.az/terroractspart7_az.html

http://www.ismayiltunc.com/terror10.html

 * * *

1942 – SSRİ Dövlət Müdafiə Komitəsinin (sədr İosif Stalin) qərarı ilə Azərbaycan SSR ərazisində rəsmən hərbi vəziyyət elan edilib.

Bu vaxt faşist Almaniyasının qoşun birləşmələrinin artıq Qafqaz dağlarında idi və Bakı üzərinə hava reydləri həyata keçirilirdi.

Əlavə bax:

http://www.9may.az/article_az.php?subaction=showfull&id=1112707666&archive=&start_from=&ucat=14

 * * *  

Bax:

►8 sentyabr

* * *

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü) 

9 sentyabr 1583 - İtalyan bəstəkarı Cirolamo Freskobaldi (Girolamo Frescobaldi, 1583-1643) anadan olub. 

9 sentyabr 1769 - Müasir Ukrayna ədəbiyyatının banilərindən biri, şair və yazıçı İvan Kotlyarovski (1769-1838) anadan olub. 

9 sentyabr 1823 - Rus ədəbiyyatşünası və filosofu Valerian Maykov (1823-1847) anadan olub. 

9 sentyabr 1828 - Dünya şöhrətli rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoyun (1828 - 20.11.1910) doğum günüdür. 

9 sentyabr 1908 - İtalyan yazıçısı Çezare Paveze (Cesare Pavese, 1908-1950) anadan olub. 

9 sentyabr 1930 - Rus aktrisası Nadejda Rumyanseva (1930-2008) anadan olub. 

9 sentyabr 1960 - İngilis kinoaktyoru Hyu Qrant (Hugh Grant - Hugh John Mungo Grant) anadan olub.



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009