Bizim təqvim > Sentyabr > 7
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 7 sentyabr hansı fakt və olaylarla yadda qalıb?
7 sentyabr
1914 – Tanınmış ədəbiyyatşünas və teatrşünas, ictimai xadim Cəfər Haşım oğlu Cəfərov (07.09.1914-19.09.1973) anadan olmuşdur.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/C%C9%99f%C9%99r_C%C9%99f%C9%99rov
http://www.anl.az/el/q/qarabag_1/q-9.htm
* * *
1939 – Şair, tərcüməçi, ssenarist Mənsur Fəxri oğlu Vəkilоv (Mənsur Fəxri) Bakıda anadan olub.
Uzun müddət “Литературный Азербайджан” jurnalının baş redaktoru işləyib.
Əlavə bax:
http://www.anl.az/down/medeniyyet2008/oktyabr/medeniyyet2008_oktyabr.html
http://bizimasr.media-az.com/arxiv_2003/yanvar/21/xeberxet.html
* * *
1991 – Erməni təxribatçı dəstələri Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı növbəti terror aktları həyata keçiriblər.
Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut (indi Xocavənd rayonun tərkibindədir) rayonunun azərbaycanlılar yaşayan Tuğ kəndinə silahlı basqın nəticəsində kəndin 2 sakini öldürülüb.
Xankəndi yaxınlığında sərnişin avtobusunun atəşə tutulması nəticəsində isə 3 azərbaycanlı öldürülüb, 4 nəfər yaralanıb.
Əlavə bax:
http://www.mns.gov.az/terroractspart7_az.html
* * *
2000 – Nyu-Yorkda BMT-nin "Minilliyin sammiti"ndə iştirak edən Azərbaycan prezidenti Heydər Əliyev Baş Assambleyanın təntənəli iclasında çıxış edib.
Beynəlxalq birliyin Ermənistanın təcavüzünə seyrçi qaldığını vurğulayan Azərbaycan rəhbəri bu faktın işğalçılığı təşviq etdiyini bildirib.
Həmin gün BMT-nin binasında GÖUAM dövlət başçılarının – Gürcüstan (E.Şevardnadze), Özbəkistan (İ.Kərimov), Ukrayna (L.Kuçma), Azərbaycan (H.Əliyev) və Moldova (P.Luçinski) prezidentlərinin sammiti keçirilib
Əlavə bax:
http://heydaraliyev.elibrary.az/toplu/xxronika.pdf
http://www.un-az.org/undp/doc/mdg.html
* * *
2006 – BMT Baş Assambleyasının 60-cı sessiyasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin fəsadlarından bəhs edən yeni sənəd qəbul olunub.
«Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında» adlı qətnamədə ermənilərin işğal edilmiş torpaqlarda davamlı yanğınlar törədilməsinə diqqət çəkilirdi.
Qətnamədə yanğınlarla bağlı münaqişə zonasında beynəlxalq monitorinqin həyata keçirilməsi əksini tapsa da, gerçəkdə bu prosesin erməni işğalına qarşı elə bir konkret nəticəsi olmadı.
Əlavə bax:
http://mediaforum.az/articles.php?article_id=20060908042200937&lang=az&page=00
http://www.express.com.az/second.asp?id=104947
* * *
Bax:
►6 sentyabr
* * *
Tarixdə bu gün: Dünya
(mədəniyyət bölümü)
7 sentyabr 1726 - Fransız bəstəkarı Fransua Andre Filidor (1726-1795) anadan olub.
7 sentyabr 1870 - Rus yazıçısı Aleksandr Kuprinin (1870-1938) doğum günüdür.
7 sentyabr 1909 - Türk-yunan əsilli Amerika rejissoru, iki dəfə «Oskar» laureatı Elia Kazan (Kazan - Elia Kasancıoğlu, 1909-2003) anadan olub.
7 sentyabr 1940 - İtalyan kinorejissoru Dario Arcento (Dario Argento) anadan olub.
7 sentyabr 1949 - Amerika müğənnisi Qloriya Qeynor (Faluz) - (Gloria Gaynor - Fowles) anadan olub.