Bizim təqvim > Sentyabr > 6
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 6 sentyabr hansı fakt və olaylarla yadda qalıb?
6 sentyabr
1916 – İlk azərbaycanlı təyyarəçi, çar Rusiyası ordusunun zabiti Fərrux ağa Qayıbov I Dünya müharibəsində Vilnüs üzərində ilk hava döyüşundə iştirak edib.
Lakin azərbaycanlı hərbi təyyarəçinin döyüş yolu qısa olub.
Sentyabrın 12-də baş verən döyüşdə Qayıbov almanların iki təyyarəsini vurduqdan həlak olub.
Əlavə bax:
http://www.azadliq.org/content/article/1765099.html
http://www.anl.az/down/medeniyyet2008/iyun/medeniyyet2008_iyun_108.htm
* * *
1918 – Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti İstanbulda Osmanlı dövlətinin rəhbərliyi ilə görüşüb.
Milli Şuranın sədri Məhəmmədəmin Rəsulzadə, «Müsavat» fraksiyasının üzvü X.Xasmmədov və general S.Səfikürdskinin yer aldığı heyət Osmanlı sultanı VI Mehmet Vahdettin tərəfindən qəbul edilib. Bu, Xalq Cümhuriyyətinin rəsmi heyətinin ilk xarici səfəri idi.
Osmanlı hərbi rəhbərliyinin (hərbi nazir Ənvər paşa) də iştirak etdiyi görüşdə Azərbaycan Xalq Cümhuriyyətinə hərbi yardım və Bakının azad olunması məsələsi əsas mövzu olub.
Məhz bu görüşdən sonra Bakının azad olunması barədə həlledici hücum barədə qərar verildi.
Əlavə bax:
http://bizimasr.media-az.com/arxiv_2004/35/tarix.html
http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=4450
http://www.525.az/new/2008/05/27/read=29861
* * *
1942 – Böyük Vətən müharibəsi gedişində azərbaycanlılardan ibarət 416-cı Taqanroq milli diviziyası təşkil olunub. Diviziya Şimali Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçib.
Bundan əlavə, Sovet Ordusu tərkibində azərbaycanlılardan ibarət 402-ci, 223-cü, 77-ci və 271-ci diviziyalar da yaradılmışdı.
Ümumilikdə 1941-1945-ci illərdə Azərbaycandan cəbhəyə təxminən 600 min nəfər yola düşmüşdü.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/416-c%C4%B1_milli_at%C4%B1c%C4%B1_diviziya
http://www.9may.az/article_az.php?subaction=showfull&id=1112707666&archive=&start_from=&ucat=14
* * *
Bax:
►5 sentyabr
* * *
Tarixdə bu gün: Dünya
(mədəniyyət bölümü)
6 sentyabr 1860 - Amerika filosofu və sosioloqu, Nobel sülh mükafatı (1931) laureatı Ceyn Adams (Jane Laura Addams, 1860-1935) anadan olub.
6 sentyabr 1928 - Rus bəstəkarı və dirijoru Yevgeni Svetlanov (1928-2002) anadan olub.
6 sentyabr 1973 - Rus estrada müğənnisi, populyar «Laskovıy may» qrupunun solisti Yuri Şatunovun doğum günüdür.
6 sentyabr 2007 - Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti, 12.10.1935-2007) vəfat edib.