ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Sentyabr > 5

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 5 sentyabr hansı fakt və olaylarla yadda qalıb? 

 

5 sentyabr

 

1914 – Azərbaycanın əməkdar elm və texnika xadimi, neftçi alim Məmmədpaşa Piri oğlu  Quluzadə (05.09.1914-28.02.1994) anadan оlmuşdur.

Azərbaycan Elmlər Akademiyasının akademiki olub.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Neft_Akademiyas%C4%B1_(1974)

 * * *

1935 - Xalq artisti, teatrda, kinoda və televiziya tamaşalarında unudulmaz obrazlar qalereyası yaratmış görkəmli aktyor Səyavuş Məmmədağa oğlu Aslan anadan olub.

Əlavə bax:

http://medeniyyet.az/site/?name=content&content=6757

http://az.wikipedia.org/wiki/S%C9%99yavu%C5%9F_Aslan

* * *

1944 – İctimai-siyasi xadim, şair, dramaturq, publisist Hidayət Orucov Qərbi Azərbaycanın Mehri rayonunun Maralzəmi kəndində anadan olub. 

1968-1984-cü illərdə C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru işləyib.  Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan SSR Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində dərs demişdir.

1992-2006-ci illər Azərbaycan Respublikası Prezidentinin milli məsələlər üzrə dövlət müşaviri işləyib.

2006-cı ildən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədridir.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Hiday%C9%99t_Orucov

http://azadliq.az/?p=17953

 * * *

1991 – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaradılması barədə prezident fərmanı verilib.

C.Naxçıvanski adına hərbi məktəbin rəisi, general-leytenant Valeh Bərşadlı ölkənin ilk müdafiə naziri təyin edilib.

Lakin müdafiə naziri Silahlı Qüvvələrə deyil, "milli özünümüdafiə qüvvələri"nə rəhbərlik etməli idi. Çünki o vaxtkı hakimiyyətin (prezident A.Mütəllibov) astagəl siyasəti üzündən Azərbaycanda Milli Ordu hələ yaradılmamışdı.

Yalnız bir ay sonra (9 oktyabr) Ali Soveti Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qanun qəbul etdi.

Əlavə bax:

http://www.express.com.az/second.asp?id=85468

http://www.azerbaycanli.org/az/page250.html

 * * *

1993 – Prezident səlahiyyətlərini icra edən Heydər Əliyev Moskvaya səfərə gedib.

Bu, Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdandan sonra ilk xarici səfəri idi.

 * * *

2002 – Prezident Heydər Əliyev "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, KİV-in sərbəst inkişafının təmin edilməsi, iqtisadi və siyasi asılılığının aradan qaldırılması, maddi-texiniki və maliyyə bazasının daha da gücləndirilməsi məqsədilə maliyyə vəsaiti ayrılıb.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2002/sentyabr/204/xeberxet.html

http://bizimasr.media-az.com/arxiv_2002/sentyabr/205/xeber.html

 * * *  

Bax:

►4 sentyabr

 * * *

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü) 

5 sentyabr 1568 - İtalyan filosofu Tommazo Kampanella (Tommaso Campanella, 1568-1639) anadan olub. 

5 sentyabr 1817 - Rus yazıçısı və dramaturqu Aleksey Konstantinoviç Tolstoy (1817-1875) anadan olub. 

5 sentyabr 1905 - Macar əsilli ingilis yazıçısı və filosofu Artur Kestlerin (Arthur Koestler, 1905-1983) doğum günüdür. 

5 sentyabr 1912 - Amerika bəstəkarı, avanqard musiqi əsərlərinin müəllifi Con Keyc (John Milton Cage, 1912-1992) anadan olub. 

5 sentyabr 1946 - Əslən iranlı olan məşhur Britaniya rok müğənnisi, «Queen» qrupunun lideri Fredi Merkyuri (əsl adı Fərrux Balsara) - (Freddie Mercury, 1946-1991) anadan olub. 

5 sentyabr 1951 - Amerika kinoaktyoru Maykl Kiton (Michael Keaton - Michael John Douglas) anadan olub. 

5 sentyabr 1973 - Amerika aktrisası Rouz Makqouen (Rose Arianna McGowan) anadan olub.



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009