Bizim təqvim > Sentyabr > 4
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 4 sentyabr hansı fakt və olaylarla yadda qalıb?
4 sentyabr
1804 – İrəvan xanlığının Qəmərli kəndi (indiki Ermənistanda Artşat qəsəbəsi) yaxınlığında çar Rusiyası və İran qoşunları arasında döyüş olub.
Ruslar məğlub olaraq geri çəkiliblər. Bu, Rusiya-İran müharibəsində (1804-1813) rus qoşunlarının ikinci məğlubiyyəti idi.
Bundan öncə ruslar Üçmüədzin döyüşündə (27 iyul) məğlub olmuşdular.
Bununla belə, rus qoşunları 1805-ci ilin əvvəlində, bu dəfə Şəki və Qarabağ xanlıqlarına hücum edərək hər iki xanlığı ələ keçiriblər.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page272.html
http://azerbaycanli.org/az/page42.html
http://azerbaijanvision.com/index.php?name=News&file=article&sid=94
* * *
1918 – Daşnak-eser-menşevik «Sentrokaspi diktaturası» hökumətinin çağırışı ilə Bakıya gəlmiş ingilis hərbi kontingenti şəhəri tərk etməyə başlayıb.
General Denstervilin başçılıq etdiyi ingilis dəniz desantı avqustun əvvəlində Ənzəlidən (İran) Bakıya gəlmişdi.
İngilislər «Sentrokaspi diktaturası»nın Bakıda real hakimiyyətə malik olmadığını və Azərbaycan-türk (Osmanlı) qüvvələrinin hücumu qarşısında duruş gətirə bilməyəcəklərini qətiləşdirdikdən sonra geri döndülər.
İngilislərin son dəstəsi Qafqaz İslam Ordusunun Bakıya hücumu (15 sentyabr) öncəsi şəhəri tərk etdi.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page283.html
http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2006&Pid=6561&lng=aze&pid=9598
http://medeniyyet.az/site/?name=content&content=2469
* * *
1991 – Naxçıvan Ali Məclisinin fövqəladə sessiyasında (sentyabrın 3-də işə başlamışdı) təşkilati məsələya baxılıb.
Deputatların yekdil qərarı ilə xalq deputatı Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçilib.
Heydər Əliyevin muxtar respublikaya rəhbərliyə başlaması ağır blokada vəziyyətində olan, Ermənistan tərəfdən aramsız hücumlara məruz qalan Naxçıvanın xilası üçün tarixi şans idi.
Heydər Əliyev 1993-cü ilin iyununadək muxtar respublikaya rəhbərlik etdi.
Əlavə bax:
http://www.lidertv.com/new/view.php?lang=az&type=news&menu=6&id=91200
http://www.zaman.az/site/shownews.php?news_id=7694
http://library.aliyev-heritage.org/az/5459173.html
* * *
2003 - Görkəmli yazıçı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (29.12.1921-2003) vəfat edib.
Əlavə bax:
http://azerbaycanli.org/az/page515.html
http://az.wikipedia.org/wiki/%C6%8Fziz%C9%99_C%C9%99f%C9%99rzad%C9%99
http://www.kataloq.net/v2/shexsler/%C6%8Fziz%C9%99-C%C9%99f%C9%99rzad%C9%99-100
* * *
Bax:
►3 sentyabr
* * *
Tarixdə bu gün: Dünya
(mədəniyyət bölümü)
4 sentyabr 1768 - Fransa ədəbiyyatında romantizm cərəyanın banilərindən biri, yazıçı Fransua Rene de Şatobrian (François-Rene de Chateaubriand, 1768-1848) anadan olub.
4 sentyabr 1791 - Alman bəstəkarı, böyük opera üslubunun yaradıcısı Cakomo Meyerber (Yakob Mayer Ber, 1791-1864) anadan olub.
4 sentyabr 1809 - Məşhur polyak şairi Yuliuş Slovaski (1809-1849) anadan olub.
4 sentyabr 1892 - Fransız bəstəkarı Darius Miyo (Darius Milhaud, 1892-1974) anadan olub.
4 sentyabr 1904 - Fransız kinorejissoru Kristian Jak (Mode) - (Christian-Jaque (Maudet), 1904-1994) anadan olub.
4 sentyabr 1913 - İtalyan kinorejissoru Renato Kastellaninin (Renato Castellani, 1913-1985) doğum günüdür.
4 sentyabr 1952 - Məşhur hind aktyoru («Bobbi», «Qisasçı» və s. filmlər) Rişi Kapur (Rac Kapurun oğlu) anadan olub.
4 sentyabr 1981 - Amerika müğənnisi, aktrisa Beyons (Beyons Jizel Noulz - Beyonce Giselle Knowles) anadan olub.