ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Sentyabr > 3

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 3 sentyabr hansı fakt və olaylarla yadda qalıb?

 

3 sentyabr

 

1826 – Rusiya-İran müharibəsində İran qoşunları artıq ilk döyüşdə uğursuzluğa düçar olublar.

Şəmkir ətrafında baş verən döyüşdə məğlubiyyətə uğrayan şahzadə Abbas Mirzənin qoşunları geri çəkilməyə məcbur olublar. Bunun ardınca rus qoşunları Gəncə yaxınlığında da İran qoşunlarını məğlub ediblər.

Bu arada Gəncədə Rusiya işğalçılığına qarşı üsyan başlasa da, rus qoşunları onu yatırmağa müvəffəq olublar.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page42.html

http://az.wikipedia.org/wiki/%C4%B0kinci_Rusiya-%C4%B0ran_m%C3%BCharib%C9%99si

http://www.conflict.aznet.org/main.html

 * * *

1951 – Xaql artisti, tanınmış aktyor Yaşar Nuri (Yaşar Məmmədsadıq oğlu Nuriyev) Bakıda anadan olub.

1968-1972-ci illərdə M.A.Əliyev ad.ADİİ-da təhsil alıb.1974-cü ildən Akademik Milli Dram Teatrının səhnəsindədir.

Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də kinoda və televiziya tamaşalarında böyük populyarlıq qazanan çoxlu obrazlar yaradıb.

Əlavə bax:

http://azdrama.az/actors/yashar.html

http://az.wikipedia.org/wiki/Ya%C5%9Far_Nuri

http://www.qeribler.com/forum/72-2774-

 * * *

1993 – Milli Məclisin iclasında Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə üzv olması barədə qərar qəbul edilib.

Prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev Azərbaycanın MDB üzvlüyünə qarşı çıxan müxalifətin etirazlarına cavab olaraq bu üzvlüyün heç bir halda Azərbaycanın suverenliyinə xələl gətirməyəcəyini bəyan edib.

Azərbaycanın MDB-yə qoşulması sentyabrın 24-də MDB-nin Moskva sammitində rəsmiləşdi.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2001/new_dek/400/eks.html

 * * *

2008 – Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Dik Çeyni Bakıya gəlib.

Bu, ABŞ-Azərbaycan münasibətləri tarixində Vaşinqtondan Bakıya ilk belə yüksək səviyyəli səfər idi.

Azərbaycan prezidenti İlham Əliyevin ABŞ vitse-prezidenti ilə görüşündə regionda vəziyyət (Rusiyanın Gürcüstana hərbi müdaxiləsi), iki ölkənin enerji təhlükəsizlik sahəsində və beynəlxalq terrorçuluğa qarşı mübarizədə əməkdaşlığı müzakirə edilib.

Əlavə bax:

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2008&Pid=27534

 * * *  

Bax:

►2 sentyabr

 * * *

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü)

3 sentyabr 1863 - Norveç şairi və dramaturqu Hans Aanrud (1863-1953) anadan olub. 

3 sentyabr 1883 - Görkəmli rus yazıçısı İvan Sergeyeviç Turgenev (9.11.1818-1883) vəfat edib. 

3 sentyabr 1927 - Belarus yazıçısı Ales (Aleksandr) Adamoviç (1927-1994) anadan olub. 

3 sentyabr 1928 - Moldova yazıçısı və dramaturqu İon Druse (İvan Drusa) anadan olub. 

3 sentyabr 1941 - Rus yazıçısı Sergey Dovlatovun (1941-1990) doğum günüdür. 

3 sentyabr 1953 - Fransız kinorejissoru, ssenarist və dramaturqu Jan-Pyer Jene anadan olub.



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009