ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Sentyabr > 2

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 2 sentyabr hansı fakt və olaylarla yadda qalıb? 

 

2 sentyabr

 

1829 – Rusiya ilə Osmanlı dövləti arasında növbəti müharibənin (1828-1829) yekunlarına dair Ədirnə müqaviləsi imzalanıb.

Sazişə əsasən, Osmanlı dövləti Ahalsıx padşahlığının (Ahıska türklərinin yaşadığı ərazi - indiki Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsi) bir hissəsini Rusiyaya güzəştə gedib və həmin əraziyə cənub-şərqi Anadoludan erməni əhalisinin köçürülməsinə razılıq verib.

Köçürülən ermənilər sonradan Ahalsıx bölgəsi ilə yanaşı, Tiflis, İrəvan və Naxçıvan bölgələrində də yerləşdirildi.

Bundan əlavə, Osmanlı Rusiyanın İranla apardığı müharibənin (1826-1828) yekunlarını, o cümlədən Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsini rəsmən tanıyıb.

Əlavə bax:

http://www.anl.az/el/q/qarabag_3/q-25.htm

http://www.azerbaijanvision.com/index.php?file=article&name=News&sid=93

http://www.anl.az/el/a/av_tqs.pdf

 * * *         

1991 – Ermənilərin Qarabağ avantürası yeni mərhələyə keçib. Dağlıq Qarabağda qondarma dövlətin – “Dağlıq Qarabağ Respublikası”nın yaradıldığı elan olunub.

Bu barədə qərar "DMQV Xalq Deputatları Soveti"nin (səlahiyyət müddəti hələ 1988-ci ilin yanvarında başa çatmışdı) və keçmiş Şaumyan rayonu (1990-cı ildə Goranboy rayonuna birləşdirilmişdi) “Xalq Deputatları Soveti”nin erməni deputatlarının adından qəbul edilmişdi.

Qərara əsasən, inzibati baxımdan heç vaxt Dağlıq Qarabağ muxtariyyətinə aid olmamış keçmiş Şaumyan rayonu da qondarma “respublika”nın ərazisi elan edilmişdi.

Səhərisi gün (3 sentyabr) Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti  bu qərarı antikonstitusion elan etdi.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2002/sentyabr/201/eks.html

http://mfa.gov.az/khojaly/index.php?option=com_content&task=view&id=15&Itemid=29

 * * *

1994 – Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi səfir Madlen Olbrayt prezident Bill Klintonun şəxsi təmsilçisi sifətilə Bakıya səfərə gəlib.

Xanım Olbraytın prezident Heydər Əliyevlə görüşündə Azərbaycanın xarici neft şirkətləri ilə imzalayacağı kontrakt («Əsrin müqaviləsi»), Qarabağ nizamlanması müzakirə olunub.

 * * *

Bax:

►1 sentyabr

* * *

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü)

2 sentyabr 1852 - Fransız yazıçısı Pol Burje (Paul Charles Joseph Bourget, 1852-1935) anadan olub. 

2 sentyabr 1909 - Rusiya kinorejissoru İlya Abramoviç Frez (1909-1994) anadan olub. 

2 sentyabr 1926 - Görkəmli rus aktyoru Yevgeni Leonovun (1926-1994) doğum günüdür. 

2 sentyabr 1935 - Rus aktyoru Valentin Qaft anadan olub. 

2 sentyabr 1964 - Amerika kinoaktyoru Kianu Rivz (Keanu Charles Reeves) anadan olub.



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009