ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Sentyabr > 1

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 1 sentyabr hansı fakt və olaylarla yadda qalıb?

 

1 sentyabr

 

1900 - Məşhur sirk pəhləvanı, peşəkar güləşçi Rəşid Əliməmməd oğlu Yusifov (1900-1982) anadan olub.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/R%C9%99%C5%9Fid_Yusifov

http://bizimasr.media-az.com/arxiv_2001/new_dek/404/meden.html

http://www.azerbaijan.az/portal/Society/Sport/sport_01_a.html

* * *

1919 – Xalq Cümhuriyyətinin parlamenti Azərbaycanın ilk ali təhsil müəssisəsinin - Bakı Dövlət Universitetinin yaradılması barədə qanun qəbul edib.

Xalq Cümhuriyyətinin parlamenti həmçinin hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar qəbul etmişdi.

Əlavə bax:

http://bsu.edu.az/az/content/tarxmz

http://az.wikipedia.org/wiki/Bak%C4%B1_D%C3%B6vl%C9%99t_Universiteti

http://www.yeniazerbaycan.com/Sosial/9218.html

 * * *

1949 – Azərbaycan SSR-də icbari 7-illik təhsilə keçid başlayıb.

Sovet hökuməti 1931-ci ildə ölkədə icbari ibtidai təhsil (1-3-cü sinif) barədə qərar qəbul etmişdi. Həmin qərara əsasən, 30-cu illərin sonunda 7-illik təhsilə keçid həyata keçirilməli idi.

Lakin müharibə (1941-1945) və sonrakı ağır sosial-iqtisadi vəziyyət bu qərarı xeyli ləngitmişdi.

1959-cu ildə icbari 8-illik təhsilə (natamam orta təhsil), 1966-cı ildə isə icbari 10-illik təhsilə (tam orta təhsil) keçid təmin olundu.

Əlavə bax:

http://www.az-muallimi.com/arxiv/2008/n13/ardi5.html

http://www.az-muallimi.com/arxiv/2008/n14/ardi6.html

http://www.azerbaycanli.org/az/page42.html

 * * *

1992 – Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=101&Itemid=43

 * * *

1993 – Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyev hökumətdə bir sıra təyinatlarla bağlı fərmanlar imzalayıb.

Fərmanlara əsasən, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Həsən Həsənov Azərbaycanın xarici işlər naziri, general-mayor Məmmədrəfi Məmmədov müdafiə naziri, Səməd Sadıqov iqtisadiyyat naziri, Elçin Əfəndiyev baş nazirin müavini, Qalib Ağayev Milli Bankın İdarə Heyətinin sədri təyin olunub.

Hazırda həmin təyinatlardan yalnız bir nəfər - Elçin Əfəndiyev iş başındadır. 1998-ci ildə xarici işlər naziri postundan istefa verən Həsən Həsənov isə sonradan (2004) Azərbaycanın Macarıstanda səfiri təyin edildi. Hazırda Azərbaycanın Polşa Respublikasında səfiridir.

   * * *

 

Bax:

►31 avqust

* * *

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü)

1 sentyabr 1854 - Alman bəstəkarı və dirijoru Engelbert Humperdink (Engelbert Humperdinck, 1854-1921) anadan olub. 

1 sentyabr 1875 - Məşhur Amerika yazıçısı (Tarzan haqqında romanların müəllifi) Edqar Berrouz (1875-1950) anadan olub. 

1 sentyabr 1922 - İtalyan aktyoru Vittorio Qassmanın (Vittorio Gassman) (1922-2000) doğum günüdür.  

1 sentyabr 1957 - Kuba əsilli Amerika müğənnisi Qloriya Estefan (Gloria Estefan - Gloria Maria Milagrosa Fajardo) anadan olub. 

1 sentyabr 1970 - Fransız yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac, 1885-1970) vəfat edib.

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009