Bizim təqvim > Avqust > 31
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 31 avqust hansı fakt və olaylarla yadda qalıb?
31 avqust
1863 – Tanınmış maarifçi, yazıçı, dramaturq Rəşid bəy Əfəndiyev (1863-1942) anadan olub.
Azərbaycanda ibtidai təhsil üzrə ilk dərsliklərin – “Uşaq bağçası" (“Əlifba”) və "Bəsirətülətfal" adlı qiraət kitabının müəllifidir.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/R%C9%99%C5%9Fid_b%C9%99y_%C6%8Ff%C9%99ndiyev
http://a-kitab.blogspot.com/2007/11/vtn-dili-yenidn-trtib-v-nr-edilib.html
* * *
1991 – Azərbaycanda 1990-cı ilin 20 yanvarından qüvvədə olan fövqəladə vəziyyət rejimi, nəhayət, ləğv olunub.
Hakimiyyət bununla qarşıdakı prezident seçkilərinə (8 sentyabr 1991) demokratik görüntü verməyə çalışırdı.
Alternativsizlik şəraitində keçirilən həmin seçkidə Azərbaycan Kommunist Partiyasının rəhbəri Ayaz Mütəllibov prezident seçildi.
Əlavə bax:
http://www.mediaforum.az/articles.php?article_id=20080916125753876&page=02&lang=az
http://www.azerbaycanli.org/az/page130.html
* * *
1993 – Ermənistanın silahlı qüvvələrinin davam edən təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağdan kənarda daha bir bölgə - Qubadlı rayonu işğal olunub.
Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.
Qubadlı rayonunun ərazisi 802 kv km, əhalisi isə işğal zamanı 31 min nəfər idi.
Qarabağ münaqişəsi başlayandan sonra Ermənistan ərazisindən Qubadlının sərhəddə yerləşən Əliquluuşağı, Məlikməhəmmədli, Seytas, Eyvazlı, Qədili, Davudlu, Novlu, Y.Cibikli, Əyin, Çaxdaxlı, Tarovlu, Fərcan, Göyyal, Saldaş, Çərəli kəndlərinə təcavüz edilir, kəndlər atəşə tutulurdu.
Işğal nəticəsində Qubadlı şəhəri və rayonun 93 kəndi bir neçə günün içində Ermənistan silahlı qüvvələrinin əlinə keçib.
Qubadlının işğalından sonra erməni qüvvələrinin Zəngilan rayonu ətrafında mühasirə halqası daha da daralıb.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/news-338.html
http://www.azerbaijan.az/_Districts/_districts_a.html
http://az.wikipedia.org/wiki/Qubadl%C4%B1
http://www.anl.az/el/b/be_ishu.pdf
* * *
2001 – Prezident Heydər Əliyev "Əsrin müqaviləsi" ("Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi) çərçivəsində "böyük neft"in hasilatına başlanılması barədə "Faza-1" planını təsdiqləyib.
Plana əsasən, 2005-ci ilədək "Əsrin müqaviləsi" üzrə neft istehsalının gündəlik 100 min barreldən 375 min barrelə çatdırılması nəzərdə tutulurdu.
Plana vaxtından öncə - 2004-cü ilin avqustunda əməl edildi.
Əlavə bax:
http://www.bp.com/genericarticle.do?categoryId=9006935&contentId=7014894
http://bizimasr.media-az.com/arxiv_2002/iyul/171/sosium.html
http://bizimasr.media-az.com/arxiv_2003/noyabr/243/olke.html
* * *
Bax:
►30 avqust
* * *
Bax həmçinin:
Tarixdə bu gün: Dünya
(mədəniyyət bölümü)
31 avqust 1749 - Rus yazıçısı Aleksandr Radişşev (1749-1802) anadan olub.
31 avqust 1811 - Fransız yazıçısı Teofil Qotye (Theophile Gautier, 1811-1872) anadan olub.
31 avqust 1897 - Amerika aktyoru, iki dəfə «Oskar» laureatı Frederik Març (Frederick Ernest McIntyre Bickel, 1897-1975) anadan olub.
31 avqust 1941 - Rus yazıçısı Marina Svetayeva (1892-1941) vəfat edib.