ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Avqust > 30

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 30 avqust hansı fakt və olaylarla yadda qalıb? 

 

30 avqust

 

1410 – Təbriz yaxınlığında baş verən ikinci Şənbi-Qazan döyüşündə Qaraqoyunlu hökmdarı Qara Yusifin qoşunları Cəlairilər dövlətinin başçısı Sultan Əhmədin ordusunu məğlub edib.

Bu döyüşdən sonra Cəlairilər dövlətinin (Cənubi Azərbaycan 1359-1410-cu illərdə bu dövlətin tərkibində olub) mövcudluğuna son qoyulub.

Bölgədə siyasi arenaya yeni Azərbaycan-türk dövləti - Qaraqoyunlu imperatorluğu (1410-1468) çıxıb.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page42.html

http://az.wikipedia.org/wiki/Qara_Yusif

http://www.borchali.net/index.php?cat=kerem_memmedov&s=18

 * * *

1930 – Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin qərarı respublika ərazisi yeni ərazi-inzibati vahidlərə - rayonlara bölünüb.

Qərara əsasən, Azərbaycan SSR ərazisində 63 rayon yaradılıb.

Bundan öncə (1920-1930-cu illərdə) respublikada ərazi-inzibati bölgü sistemi olaraq 10 dairə (Bakı, Gəncə, Qarabağ (Agdam), Quba, Kürdüstan, Lənkəran, Muğan (Salyan), Şirvan (Göycay) Nuxa, Zaqatala) və onların tərkibində qəzalar mövcud idi.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Kateqoriya:Az%C9%99rbaycan_rayonlar%C4%B1

 * * *

1940 - Tanınmış jirnalist, yazıçı-publisist Əhməd İsayev Zaqatala rayonunun Suvagil kəndində anadan olub.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/%C6%8Fhm%C9%99d_%C4%B0sayev

http://www.baki-xeber.com/new/2009/10/30/get=35402

* * *

1991 – Azərbaycan parlamentinin - Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olunub.

Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı.

Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun - Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul edib.

Əlavə bax:

http://karabakh-doc.azerall.info/ru/law/law013az.htm

http://bizimasr.media-az.com/arxiv_2002/oktyabr/240/eks.html

 * * *

1992 – Azərbaycan Respublikası ilə Qazaxıstan arasında diplomatik əlaqələr qurulub.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=126&Itemid=43

 * * *  

Bax:

►29 avqust

 * *  *

Bax həmçinin:

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü)

30 avqust 1748 - Fransız rəssamı Jak Lui David (Jacques-Louis David, 1748-1825) anadan olub. 

30 avqust 1809 - Alman bəstəkarı Adolf Fridrix Hesse (Adolf Friedrich Hesse, 1809-1863) anadan olub. 

30 avqust 1860 - Məşhur rus rəssamı İsaak Levitanın (1860-1900) doğum günüdür. 

30 avqust 1887 - Amerika yazıçısı, seriallar müəllifi Rey Kamminqs (Raymond King Cummings, 1887-1957) anadan olub. 

30 avqust 1972 - Amerika aktrisası və top modeli Kameron Dias (Cameron Michelle Diaz) anadan olub.

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009