ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Avqust > 29

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 29 avqust hansı fakt və olaylarla yadda qalıb? 

 

29 avqust

1890 - Şair Məhəmmədəli Şəfainin (1890- 1967) doğum günüdür.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_%C5%9Fair_v%C9%99_yaz%C4%B1%C3%A7%C4%B1lar%C4%B1n%C4%B1n_siyah%C4%B1s%C4%B1

* * *

1920 – Azərbaycanın Müvəqqəti İnqilab Komitəsi ölkədə taxıl ticarətinin inhisara alınması haqqında dekret verib.

Bununla yanaşı, hökumət ölkədə ərzaq böhranını aradan qaldırmaq üçün “ərzaq sapalağı» sisteminin tətbiqi barədə dekret vermişdi.

«Ərzaq sapalağı»na əsasən, kəndlilər tədarük etdikləri məhsulun artıq hissəsini hökumətin müəyyən etdiyi qiymətə (bazar qiymətindən ucuz) dövlətə satmalı idilər.

 * * *

1960 - Tanınmış telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Fuad oğlu Mustafayev (1960 - 15.06.1992) anadan olub.

Əlavə bax:

http://www.chingizmustafayev.com/

http://az.wikipedia.org/wiki/%C3%87ingiz_Mustafayev

http://www.anspress.com/index.php?a=2&lng=az&nid=47912

* * *

1965 - Görkəmli tarzən, Xalq artisti Qurban Pirimov (26.10.1880-1965) vəfat edib. 

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page428.html

http://az.wikipedia.org/wiki/Qurban_Primov

http://uzeyirbook.musigi-dunya.az/AZ/data.pl?id=574&lang=AZ

http://www.musigi-dunya.az/Magazine4/articles/33/33.html

* * *

1991 – Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası işə başlayıb.

Müxalifətin və parlamentdəki demokratik qüvvələrin tələbi ilə sessiyanın gündəliyinə Azərbaycanın dövlət müstəqilliyinin elan olunması, Milli Ordunun yaradılması barədə məsələlər salınıb.

Lakin o vaxtkı respublika rəhbərliyi siyasi “dargözlük” nümayiş etdirərək hər iki məsələyə müqavimət göstərirdi.

Gərgin müzakirələrdən sonra müstəqillik barədə məsələ gündəliyə salındı.

Sessiyada iştirak edən deputat Heydər Əliyev (340 saylı Nehrəm (Babək, Naxçıvan) seçki dairəsi) Azərbaycanın müstəqilliyinin gecikdirilmədən elan olunması təklifi ilə çıxış edib.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page130.html

 * * *

1993 – Azərbaycanda «Prezident Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında» ümumxalq səsverməsi - referendum keçirilib.

MSK-nın rəsmi məlumatına görə, referendumda ölkə üzrə qeydə alınmış seçicilərin 92 faizi iştirak edib.

Referenduma çıxarılan "Siz Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyə etimad göstərirsinizmi?" sualına səsvermədə iştirak edənlərin 97,5 faizi "yox", 2,1 faizi "hə" cavabı vermişdi.

Referendumun nəticəsinə əsasən, Milli Məclis növbədənkənar prezident seçkilərinin (3 oktyabr 1993) keçirilməsi barədə qərar qəbul etdi.

Əlavə bax:

http://www.meclis.gov.az/?/az/topcontent/49

http://www.cec.gov.az/az/umumi/seckiler-referendumlar/1993.htm

http://library.aliyev-heritage.org/az/5599963.html

http://az.apa.az/news.php?id=135393

 * * *  

2005 - Azərbaycanda İctimai Televiziya yayıma başlayıb.

Əlavə bax:

http://az.itv.az/

* * *

Bax:

►28 avqust

* * *

Bax həmçinin:

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü)

29 avqust 1632 - İngilis filosofu Con Lokk (John Locke, 1632-1704) anadan olub. 

29 avqust 1780 - Fransız rəssamı Jan Ogüst Dominik Enqr (Jean-Auguste-Dominique Ingres, 1780-1867) anadan olub. 

29 avqust 1862 - Belçika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1911) laureatı Moris Meterlink (Maurice Polydore Marie Bernard Maeterlinck, 1862-1949) anadan olub. 

29 avqust 1915 - Dünya şöhrətli İsveç aktrisası, üç dəfə «Oskar» laureatı İngrid Berqman (Ingrid Bergman, 1915-29.8.1982) anadan olub. 

29 avqust 1920 - Amerika caz musiqiçisi Çarli Parker (Charlie "Bird" Parker, 1920-1955) anadan olub. 

29 avqust 1958 - Dünya şöhrətli amerikalı pop ulduzu Maykl Ceksonun (Michael Joseph Jackson, 1958-2009) doğum günüdür.

 

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009