ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Avqust > 28

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 28 avqust hansı fakt və olaylarla yadda qalıb? 

 

28 avqust

 

1918 – Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qərar qəbil edib.

Hökumət həmçinin ölkənin bütün məktəblərində türk (Azərbaycan) dilinin icbari qaydada tədris olunması barədə qərar qəbul edib.

Əlavə bax:

http://www.anl.az/down/medeniyyet2008/may/medeniyyet2008_may_85.htm

http://bizimasr.media-az.com/arxiv_2003/may/108/edebiyyat.html

http://www.azerbaycanli.org/az/page42.html

http://www.uludil.gen.az/adr/010.php

 * *  *

1919 – Xalq Cümhuriyyətinin parlamenti ölkənin Azərbaycan Dövlət Bankının yaradılması barədə qanun qəbul edib.

Ölkənin bank sisteminin mərkəzləşdirilməsi barədə müzakirələr hələ 1918-ci ildən getsə də, hökumət və parlament daxilində fikir ayrılıqları onun reallaşmasına imkan verməmişdi.

Ölkənin maliyyə sistemində mövcud olan pərakəndəlik, manatla barabər müxtəlif pul vahidlərinin dövrniyyədə olması iqtisadi vəziyyəti durmadan ağırlaşdırırdı.

Əlavə bax:

http://www.nba.az/default.aspx?go=120

http://www.azerbaijan.az/_StatePower/_CommitteeConcern/committeeConcern_05_a.html

 * * *

1935 - Görkəmli yazıçı Əlibala Qüdrət oğlu Hacızadə (1935-2009) Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub.

Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan yazıçı “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı”, “Unutmaq olmur”, “Möcüzə” və digər roman, povest və hekayələrin müəllifi kimi geniş oxucu rəğbəti qazanmışdı.

2009-cu il oktyabrın 9-da vəfat edib.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/news-389.html

* * *

1995 – ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi postu təsis olunub.

Şəxsi nümayəndənin mandatına münaqişə zonasında atəşkəs rejiminə nəzərət, qoşunların təmas xəttində müntəzəm monitorinqlərin keçirilməsi daxildir.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page110.html

 * * *

2000 – Prezident Heydər Əliyev Azərbaycanda yeni yaradılan məhkəmə instansiyasının - Apellyasiya Məhkəməsinin üzvlərinin təyinatı ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, aşağı instansiya məhkəmələri ilə Ali Məhkəmə arasında 2-ci pillə rolunu oynayan Apellyasiya Məhkəməsinin 38 hakimi təyin edilib. 

Əlavə bax:

http://www.azerbaijan.az/portal/StatePower/JudicialPower/judicialPower_a.html

http://www.bakuappealcourt.gov.az/?menu=3&lang=aze

http://www.judicialcouncil.gov.az/3034.htm

 * * *

2003 – Prezident Heydər Əliyevin imzaladığı əfv fərmanına əsasən, 70 məhbus, o cümlədən dövlətçiliyə qarşı cinayətlərdə iştiraka görə məhkum edilmiş 44 nəfər azadlığa buraxılıb.  

 * * *

Bax:

►27 avqust

 * * *

Bax həmçinin:

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü)

28 avqust 1749 - Görkəmli alman şairi və yazıçısı Yohann Volfqanq Höte (Johann Wolfgang von Goethe, 1749-22.3.1832) anadan olub.

28 avqust 1867 - İtaliya bəstəkarı Umberto Cordanonun (1867-1948) doğum günüdür.

28 avqust 1925 - Yəhudi əsilli Rusiya yazıçısı Arkadi Natanoviç Struqaski (1925-1991) anadan olub. Qardaşı Boris Struqaski (15.4.1933) ilə məşhur fantastik əsərlərin həmmüəllifidir.

28 avqust 1948 - Məşhur rus aktrisası Natalya Qundareva (1948-2005) anadan olub.



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009