Bizim təqvim > Avqust > 27
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 27 avqust hansı fakt və olaylarla yadda qalıb?
27 avqust
1929 - Aktyor, rejissor, mədəniyyət işçisi Məmmədkamal Allahqulu oğlu Kazımov (1929-2005) Bakıda anadan olub.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, Ağdam Dövlət Dram Teatrında, Tənqid-Təbliğ Teatrında çalışıb.
2005-ci il dekabrın 13-də vəfat edib.
Əlavə bax:
http://medeniyyet.az/site/?name=content&content=6683
* * *
1937 - Ədəbiyyatşünas alim, yazıçı, tərcüməçi Qəzənfər Paşayev Tovuz rayonunun Düaqıraqlı kəndində anadan olub.
Əlavə bax:
http://www.adam.az/az.php?subaction=showfull&id=1249166043&archive=&start_from=&ucat=8,51&go=headlines&category=8
http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=1513
* * *
1989 – Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Dağlıq Qarabağın erməni əhalisinin «səlahiyyətli nümayəndələr qurultayı»nın qərarlarını qeyri-qanuni elan edib.
Erməni separatçıları avqustun 16-da Stepanakertdə (Xankəndi) “qurultay” keçirərək Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtar vilayət statusundan imtina edilməsi barədə qərar qəbul etmişdilər.
Əlavə bax:
http://mfa.gov.az/khojaly/index.php?option=com_content&task=view&id=17&Itemid=31
* * *
1991 – Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə şəhərin mərkəzi (Lenin adına) meydanında Sovet İttifaqının qurucusu Vladimir Leninin heykəli sökülüb.
Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə meydana rəsmən "Azadlıq" adı verilib.
* * *
1991 – Naxçıvan Ali Məclisinin fövqəladə sessiyasında muxtar respublika ərazisində Sov.İKP-nin və komsomol təşkilatının fəaliyyətinin dayandırılması və onların əmlakının milliləşdirilməsi haqqında qərar qəbul edilib.
Ali Məclis Moskvada kommunust-revanşist qüvvələrin "avqust qiyamı"nı pisləyən bəyanat qəbul edib.
Cəmiyyətin tələbinə baxmayaraq Azərbaycanın o vaxtkı partiya-sovet rəhbərliyi bu məsələdə hələlik susmağa üstünlük verirdi.
Əlavə bax:
http://www.azadliqradiosu.az/content/article/1803311.html
http://www.meclis.gov.az/?/az/content/158
http://bizimasr.media-az.com/arxiv_2001/new_av/315/alem.html
http://musavat.com/new/shownews.php?news_id=58586
* * *
1992 – Azərbaycan Respublikası liilə Qvineya-Bisau dövləti arasında diplomatik münasibətlər qurulması barədə protokol imzalanıb.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=158&Itemid=43
* * *
1998 - Görkəmli kinorejissor («Görüş”, “Uzaq sahillərdə”,“Dədə Qorqud”, “Yeddi oğul istərəm”), ssenarist Tofiq Tağızadə (7.2.1919-1998) vəfat edib.
* * *
2005 – MDB dövlət başçılarının Kazanda (Rusiya, Tatarıstan) keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan arasında Qarabağ nizamlanması ilə bağlı növbəti görüş keçirilib.
Bu, prezidentlər İlham Əliyev və Robert Koçaryan arasında sayca 5-ci görüş idi.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page110.html
* * *
Bax:
►26 avqust
* * *
Bax həmçinin:
Tarixdə bu gün: Dünya
(mədəniyyət bölümü)
27 avqust 1770 - Görkəmli alman filosofu Georq Vilhelm Fridrix Hegel (Georg Wilhelm Friedrich Hegel, 1770-14.11.1831) anadan olub.
27 avqust 1856 - Klassik Ukrayna ədəbiyyatının banilərindən olan yazıçı İvan Franko (1856-1916) anadan olub.
27 avqust 1871 - Amerika yazıçısı Teodor Drayzerin (Theodore Herman Albert Dreiser, 1871-1945) doğum günüdür.
27 avqust 1896 - Məşhur rus-sovet aktrisası Faina Ranevskaya (Faina Feldman, 1896-1984) anadan olub.
27 avqust 1947 - Amerika kinoaktrisası Barbara Bax (Barbara Bach) anadan olub.