ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Avqust > 26

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 26 avqust hansı fakt və olaylarla yadda qalıb? 

 

26 avqust

 

837 – Bəzz qalası yaxınlığında Babək Xürrəminin qoşunları ilı Xilafət ordusu arasında sonuncu döyüş olub.

Xürrəmilər məğlub olublar. Xilafət qoşunları Bəzzi ələ keçirərək yandırıblar.

Babək qalanı tərk etsə də, erməni Səhl ibn Sumbatın xəyanəti nəticəsində ərəb qoşunları tərəfindən əsir götürülərək

Xilafətin paytaxtı Samirə şəhərinə aparılıb və 838-ci ilin martında edam edilib.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Bab%C9%99k_X%C3%BCrr%C9%99mdin

http://memorial.aznet.org/alfb.shtml

http://www.azerbaycanli.org/az/page42.html

 * * *

1071 – Sultan Alp Arslanın başçılıq etdiyi Səlcuq ordusu ilə Bizans imperatoru Romen Diogenin qoşunları arasında Məlazgird döyüşü baş verib.

Alp Arslanın 50 minlik süvari ordusu bizansların 200 minlik qoşunu üzərində qələbə çalıb.

Bu qələbədən sonra oğuz türklərinin Səlcuqlar dövləti Qafqaz-Yaxın Şərq regionun hegemon gücünə çevrilib.

Əlavə bax:

http://www.turksultanlari.com/sultans.php?id=2

http://www.azerbaycanli.org/az/page42.html

 * * *

1892 – Cənubi Azərbaycanda milli hərəkat liderlərindən Seyid Cəfər Pişəvəri (1892-1947) Xalxal mahalının Zeyvə kəndində anadan olub.

1945-ci il dekabrın 12-də 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Cənubi Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin baş naziri təyin edilib.

Sovet İttifaqı sol təmayüllü Pişəvəri hökumətinə dəstək vəd etsə də, bunu etməyib.

II Dünya müharibəsinin başa çatması ilə sovet qoşunları Cənubi Azərbaycanı (İranı) tərk etdikdən sonra İran şah rejimi Pişəvəri hərəkatını dağıdıb.

Sovet Azərbaycanına mühacirət edən Pişəvəri 1947-cı il iyunun 12-də burada müəmmalı şəkildə həlak olub.

Əlavə bax:

http://azerbaycanli.org/az/news-220.html

http://mediaforum.az/print.php?lang=az&article_id=20060828122154675&page=05

http://bakitebriz.azeriblog.com/2009/08/26/bu-gun-seyid-cefer-pisheverinin-doghum-gunudur

http://az.wikipedia.org/wiki/Seyid_C%C9%99f%C9%99r_Pi%C5%9F%C9%99v%C9%99ri

 * * *

1949 – Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Hacı Allahşükür Paşazadə Lənkəran rayonunun Cil kəndində anadan olub. Buxara və Daşkənddə dini  təhsil alıb.

1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib, Şeyx-ül-islam dərəcəsinə yüksəlib. 

1992-ci ildə Azərbaycan, Gürcüstan və Şimali Qafqaz din xadimlərinin toplantısında Qafqaz xalqlarının Ali Dini Şurasının sədri seçilib.

Əlavə bax:

http://az.apa.az/xeber_Bu_gun_Sheyxulislam_Haci__161916.html

 * * *

1964 – Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva anadan olub.

2004-cü ildən UNESCO-nun, 2006-cı ildən İslam Konfransı Təşkilatının elm, təhsil və mədəniyyət üzrə qurumu olan İSESCO-nun Xoşməramlı səfiridir.

2005-ci ildə Milli Məclisin deputatı seçilib.

Azərbaycan Gimnastika Federasiyasının prezidentidir.

Azərbaycan Mədəniyyətinin Dostları Fonduna rəhbərlik edir. Fəlsəfə elmləri namizədidir.

Əlavə bax:

http://www.mehriban-aliyeva.org/

http://azerbaycanli.org/az/page94.html

http://az.apa.az/xeber_Bu_gun_Azerbaycanin_birinci__161913.html

 * * *  

Bax:

►25 avqust

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009