ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Avqust > 25

Tarixdə bu gün: Azərbaycan

Saytımızda yeni bölməni – “Bizim təqvim” rubrikası altında “Tarixdə bu gün: Azərbaycan” bölməsini təqdim edirik. Elektron xronoqraf formatında nəzərdə tutulan bölmədə Azərbaycan tarixinin təqvimin günlərində həkk olunmuş hadisə və faktları, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər yer alacaq.

Bu işin böyük bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş, zənginləşdirilmiş elektron variantı yer alacaq. Bununla yanaşı, hörmətli oxucularda bu bölməyə aid əlavə fakt və materiallar (təqvimin günləri üzrə) varsa, onları bizimlə bölüşməyi (vuqar@azerbaycanli.org) rica edirik.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 25 avqust hansı fakt və olaylarla yadda qalıb?

 

25 avqust

 

1721 – Dağıstan hakimi Hacı Davud xan yerli əhalinin köməyi ilə Şamaxını ələ keçirib. Şəhərdə gen-bol ticarət edən çoxlu sayda rus taciri qətlə yetirilib, malları qarət edilib.

Bu hadisə çar Rusiyası ilə Səfəvi dövlətinin (Şamaxı-Şirvan bölgəsi də onun tərkibində idi) münasibətlərini kəskin şəkildə pisləşdirib.

Bundan sonra Xəzəryanı bölgələrə yürüşə başlayan rus qoşunları Dərbənddən Bakıyadək əraziləri, daha sonra isə Astara və Ənzəliyədək bütün sahilyanı əraziləri keçiriblər.

Ruslar yalnız 1732-ci ildə Kürdən cənubda olan əraziləri Səfəvi dövlətinə  qaytardılar.

Əlavə bax:

http://www.anl.az/el/q/qarabag_6/q-36.htm

http://www.elibrary.az/docs/azerbaijan/gl3.pdf

 

1992 – Azərbaycanla Mərakeş dövləti (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=149&Itemid=43

 

1993 – ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Marqareta af Uqqlas erməni silahlı qüvvələrinin Azərbaycan ərazisində işğalçılıq əməliyyatlarının genişlənməsi ilə bağlı bəyanat verib.

ATƏT sədri Ermənistan prezidenti Levon Ter-Petrosyana müraciət edərək erməni qüvvələrini Qubadlı və Zəngilan rayonlarının işğalından çəkinməyə çağırıb.

Lakin Ermənistan rəhbərliyi bu çağrışı rədd etdi və avqustun sonunda Qubadlı rayonu işğal olundu.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page110.html

 

2001 – Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hüseyn Qıvrıqoğlunun Azərbaycana səfəri gedişində iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini geniş müzakirə olunub.

Türkiyə Silahlı Qüvvələrinin ali pilotaj eskadrilyası olan "Türk ulduzları" Bakı səmasında nümunəvi üçüşlar (24 avqust)  keçirib.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2001/new_av/318/sosium.html

http://library.aliyev-heritage.org/az/2189832.html

 

 

Bax:

24 avqust  

 

 

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009