ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Avqust > 23

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 23 avqust hansı fakt və olaylarla yadda qalıb? 

 

23 avqust

 

1514 – Səfəvi dövlətinin başçısı Şah I İsmayılın qoşunları ilə Osmanlı sultanı I Səlimin (sultan Səlim Yavuz) ordusu arasında Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) döyüş baş verib.

Dövrün iki qüdrətli türk dövlətinin üzə-üzə gəldidyi döyüş Səfəvi ordusunun məğlubiyyəti ilə nəticələnib.

Hücuma kecən Osmanlı ordusu Xoy və Mərəndi, hətta Səfəvi dövlətinin paytaxtı Təbrizi tutub, lakin bir həftə sonra oranı tərk edib.

Çaldıran döyüşündəki qələbə sayəsində Osmanlı dövləti Ərzurum daxil olmaqla Şərqi Anadolunu və Şimali Mesopotamiyanı (indiki Şimali İraq) ələ keçirib.

Çaldıran məğlubiyyəti Səfəvilər dövlətinin hərbi siyasi nüfuzuna ağır zərbə vurub.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/%C3%87ald%C4%B1ran_vuru%C5%9Fmas%C4%B1

http://www.zaman.az/site/?name=yazar&news_id=18457&yid=5

http://intellekt.azersayt.com/blog.html?page=comments&member=SM&newsid=57396

http://memorial.aznet.org/alfsh6.shtml

 * * *

1722 – Çar I Pyotrun komandanlığı altındakı rus qoşunları Dərbənd şəhərini işğal ediblər.

Rusiyanın Azərbaycanın Xəzərsahili bölgələrinə hərbi ekspansiyası başlanıb.

Bir qədər sonra Bakını (1723) ələ keçirən rus qoşunları Lənkəran-Astara, daha sonra isə Ənzəli limanınadək irəliləyiblər.

Əlavə bax:

http://azerbaycanli.org/az/page42.html

 * * *

1943 - Görkəmli aktyor, xalq artisti Şahmar Ələkbərov (1943-1992) Gəncədə anadan olub.

Atası əslən cəbrayıllı Zülfüqar kişi, anası kökü Tiflisə bağlı İzulət xanımdır.

Azərbaycan kinosunda unudulmaz obrazlar yaradıb, bir neçə filmə quruluş verib.

Əlavə bax:

http://www.azeriart.net/kino/sahmar.htm

http://www.kinozal.az/site/?name=person&adem_id=2809

http://olaylar.az/engine/print.php?newsid=1226662812&news_page=1

http://www.express.com.az/second.asp?id=122634

 * * *

1993 – Azərbaycan Qarabağ cəbhəsində iki böyük itkiyə məruz qalıb.

Ermənistan silahlı qüvvələrinin bir həftə öncə başlamış intensiv hücumu nəticəsində Füzuli və Cəbrayıl rayonların böyük hissəsi, o cümlədən hər iki rayon mərkəzi işğal olunub.

Bu itki Azərbaycanın Arazboyu zonada yerləşən daha iki rayonunun, Qubadlı və Zəngilanın faktiki mühasirəyə düşməsinə səbəb oldu.

Cəbrayıl rayonun ərazisi 1050 kv km, əhalisi təxminən 57 min nəfər idi. Hazırda rayonun bütün ərazisi (96 kənd) işğal altındadır.

Füzuli rayonu da (ərazisi 1386 kv km, əhalisi təxminən 110 min nəfər) bütünlüklə işğal olunsa da, sonradan Azərbaycan Ordusu bəzi Arazboyu kəndləri, o cümlədən Horadiz qəsəbəsini düşməndən azad edə bildi.

Yaşayış məntəqələrinin yenidən qurulmasından sonra həmin ərazilərdən köçkün düşmüş əhalinin böyük qismi öz torpaqlarına geri qayıtdı.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/C%C9%99bray%C4%B1l

http://www.cebrayil.20m.com/

http://az.wikipedia.org/wiki/F%C3%BCzuli

http://wapedia.mobi/az/F%C3%BCzuli_rayonu

http://www.anl.az/fuzuli.htm

 * * *

Bax:

22 avqust

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009