ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Avqust > 22

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 22 avqust hansı fakt və olaylarla yadda qalıb? 

 

22 avqust

 

1819 – Azərbaycanda ilk alman koloniyası – Helenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub.

Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarı I Aleksandrın təşəbbüsü ilə başlanmışdı.

1819-cu ilin yayında Vürtemberq krallığından olan icma Gəncə yaxınlığına gəlib çıxaraq burada məskən salıb. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salınıb.

Azərbaycanda ən böyük alman koloniyası olan Helenendorf isə tədricən mühüm kənd təsərrüfatı (şərabçılıq) mərkəzinə çevrilib.

1938-ci ildə qəsəbə Xanlar adlandırılb, 1941-ci ildə isə Stalin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Milli Məclis yerli əhalinin müraciətinə əsasən Xanların Göygöl adlandırılması barədə qərar qəbul edib.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page142.html

http://www.azerbaycanli.org/az/page310.html

http://az.wikipedia.org/wiki/Qafqaz_almanlar%C4%B1

http://az.newsazerbaijan.ru/obsh/20081220/42640345.html

 * * *

1965 – Tanınmış şairə, tədqiqatçı və yazıçı Nuridə Atəşi anadan olub. Şeirlərinə bəstələnmiş mahnılar böyük populyarlıq qazanıb. 

1995-ci ildən Almaniyada yaşayan şairə bu ölkədə bədii fəaliyyətini davam etdirir, eyni zamanda, ədəbi-tarixi tədqiqat, tərcümə sahəsində çalışır. Əsərlərini üç dildə - Azərbaycan, alman və türk dillərində yazır.

Nuridə Atəşi, ədəbi yaradıcılıqla yanaşı, aktiv ictimai fəaliyyət göstərir, Azərbaycanın Almaniyada təbliği, Azərbaycan diasporunun inkişafı, lobbiçilik işində fəal çalışır.

2002-ci ildən Berlində təsis etdiyi Nizami Gəncəvi adına Mədəniyyət İnstitutuna rəhbərlik edir.  

Əlavə bax:

http://www.nuride-atesi.com/

http://www.nizami-gencevi.com/

http://www.azerbaycanli.org/az/news-307.html

 * * *

1993 – Lənkəranda Ələkram Hümbətovun qondarma rejiminə ("Talış-Muğan Respublikası") qarşı xalqın kütləvi aksiyaları başlanıb.

Ali Sovetinin sədri, prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyevin televiziya ilə müraciətindən sonra minlərlə şəhər sakini etiraz mitinqinə çıxıb.

Mitinq Ə.Hümbətovun quldur dəstəsi tərəfindən atəşə tutulub, 3 nəfər həlak olub. Ə.Hümbətov cinayətkar dəstəsi ilə dağlara qaçıb.

Avqustun 23-də Lənkəran və ətraf rayonlarda qanuni hakimiyyət bərpa olundu. Ə.Hümbətov və dəstəsi həmin ilin payızında ələ keçirildi.

Heydər Əliyevin siyasi təmkin və qətiyyəti sayəsində cənub bölgəsində qanunçuluq tam bərqərar edildi.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2002/yanvar/14/xeber.html

http://www.meclis.gov.az/muzey/Senedler/sened_9.html

http://www.azadliqradiosu.az/content/article/423731.html 

 * * *

1999 – Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri arasında Qarabağ nizamlanmasına dair növbəti görüş keçirilib.

Tərəflər sülh prosesini sürətləndirmək barədə razılığa gəliblər.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page110.html

 * * *

2000 – Azərbaycan Respublikasının 2-ci prezidenti, milli-azadlıq hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy (1938-2000) Türkiyədə, Gülhanə Hərbi Tibb Akademiyasında (Ankara) vəfat edib.

Prezident Heydər Əliyev Elçibəyin vəfatı ilə bağlı televiziya ilə çıxış edərək başsağlığı vermiş, dövlət tərəfindən rəsmi dəfn komisiyyası təşkil edilmişdi.

Əbülfəz Elçibəy avqustun 23-də Bakıda, Fəxri Xiyabanda dəfn olundu.

Prezident Heydər Əlıyev  Əbülfəz Elçibəyin dəfn mərasimində iştirak etmişdi.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page224.html

http://az.wikipedia.org/wiki/%C6%8Fb%C3%BClf%C9%99z_El%C3%A7ib%C9%99y

http://www.kataloq.net/v2/shexsler/%C6%8Fb%C3%BClf%C9%99z-El%C3%A7ib%C9%99y-41

 * * *  

Bax:

►21 avqust

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009