ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Vətənimiz Azərbaycan > Cəmiyyət

Müstəqil dövlətçilik və Azərbaycan cəmiyyətinin inkişafı

(ümumi icmal)

Yalnız yetkin dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər.

Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı. Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu prosesi müstəqilliyin ilk günlərindən müxtəlif problemlərin və maneələrin aradan qaldırılması ilə müşayiət olunub.

Respublikamız bu yolda totalitar sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələri, erməni separatizmi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vurduğu yaraları, kəskin daxili-siyasi qarşıdurma və vətəndaş müharibəsi təhlükəsini, dövlət çevrilişi cəhdlərini və digər ağır siyasi, sosial-iqtisadi problemləri və onların nəticələrini aradan qaldırmaq məcburiyyətində qaldı.

1993-cü ildə Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni ideologiyanın əsası qoyulmuşdur. Böyük liderin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.

İnsanların ictimai-siyasi və özünüdərkinin yetkinləşməsi sayəsində cəmiyyətdəki ictimai-siyasi və sosial-iqtisadi proseslərin tənzimlənməsində vətəndaşların müxtəlif təbəqələrini və kateqoriyalarını təmsil edən ictimai qurumların fəal rol oynaması dövlətin və insanlar toplumunun daha yüksək inkişaf səviyyəsini təşkil edən vətəndaş cəmiyyətini səciyyələndirən əsas amillərdəndir. Cəmiyyətin problemlərinin həlli sahəsində ictimai qurumların tədricən daha çox funksiyanı mənimsəməsi ilə dövlət orqanlarının fəaliyyətində daha çox siyasətin müəyyənləşdirilməsi və nəzarət funksiyaları üstün yer tutur.

Vətəndaş cəmiyyəti quruculuğunda siyasi plüralizmin, çoxpartiyalı sistemin daha da inkişafı xüsusi rol oynayır. Azərbaycanın müstəqil inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, yeni-yeni siyasi partiyaların tarix səhnəsinə qədəm qoyması və ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. Bu isə Azərbaycan dövlətinin bütün siyasi partiyaların fəaliyyəti üçün zəruri şərait yaratması nəticəsində mümkün olmuşdur. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış 50-dək siyasi partiya fəaliyyət göstərir.

Demokratik quruluşun, vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri söz və vicdan azadlığının təmin olunmasından ibarətdir.

Azərbaycan Respublikasının Konstitusiyasında fikir, söz və vicdan azadlığına geniş təminat verilmişdir. Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir.

Prezidentin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Həmin fərmanla Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edilmiş, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edilmişdir.

Kütləvi informasiya vasitələrinin təsis edilməsi və fəaliyyəti üçün qanunvericiliyinin təkmilləşdirilməsi, optimal hüquqi mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri haqqında" yeni Qanun qəbul edilmişdir. Bu, müasir Azərbaycan reallıqlarını daha dolğun əks etdirən, kütləvi informasiya vasitələri istehsalı və yayımının bütün məsələlərini demokratik şəkildə tənzimləyən, beynəlxalq standartlara cavab verən hüquqi sənəddir.

2000-ci il martın 6-da respublikası prezidentinin sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı" təsdiq olunmuşdur. Kütləvi informasiya vasitələri sahəsində dövlət siyasətinin mahiyyəti ondan ibarətdir ki, bunlar xalqın maariflənməsində ümumbəşəri ideyaların təbliğində, vətəndaş cəmiyyəti quruculuğunda qüdrətli vasitəyə çevrilsin, demokratiya, aşkarlıq və ədalətin təntənəsinə xidmət etsin. Kütləvi informasiya vasitələri həm də təmsil etdiyi dövlətin və xalqın mənafeyini hər şeydən üstün tutmalı, dövlətçilik mövqeyini ön plana çəkməlidir.

Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkədə hazırlanan və həyata keçirilən strateji xətt təhsil müəssisələrini normal fəaliyyət halına gətirməklə, təhsilin milli tərəqqimizin həqiqi, güclü amilinə çevrilməsi üçün bu sahədə geniş islahatlar proqramının işlənib hazırlanması və həyata keçirilməsi vəzifəsini irəli sürdü. Prezident 1998-ci ilin martında "Azərbaycan Resrublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası yaradılması haqqında" sərəncam imzaladı.

Ümumi təhsildəki ən ciddi yeniliklərdən biri müstəqilliyimizin yaşıdı olan yeni əlifbaya keçilməsi - latın qrafikalı əlifbanın tətbiqinin reallığa çevrilməsidir. Ali təhsil sahəsində yeniliklərdən biri də "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə ölkənin 4 aparıcı ali məktəbinə - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universitetivə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına maliyyə müstəqilliyi, bir neçə ali məktəbə isə "Universitet" statusu verilmişdir.

Prezident Heydər Əliyevin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilmiş və bununla da akademiyanın elmimizin inkişafında əldə etdiyi nailiyyətlər, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rol, respublika ictimaiyyətində olan nüfuzu və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu fikri bir daha təsdiqlənmişdir.

Müstəqillik illərində səhiyyə sahəsində geniş islahatlar aparılmış, səhiyyənin hüquqi-nomativ bazasının təkmilləşdirilməsi diqqət mərkəzində olmuşdur. Həmin məqsədlə bir sıra qanunlar işlənib hazırlanmış və Milli Məclis tərəfindən təsdiq edilmişdir. Səhiyyədə aparılan islahatlar çərçivəsində əsas nailiyyətlərdən biri də özəl səhiyyə sisteminin tətbiq edilməsidir. Bu istiqamətdə hüquqi-normativ baza yaradılmışdır.

Azərbaycanın müstəqilliyinin bərpası suveren ölkənin beynəlxalq aləmə inteqrasiyasına, planetimizdə baş verən qlobal hadisələrə münasibət bildirməsinə, beynəlxalq təşkilatlarda təmsil olunmasına, həmin təşkilatların keçirdiyi mötəbər tədbirlərdə iştirakına real hüquqi əsaslar verdi. Azərbaycan bütün sahələrdə, o cümlədən də idmanda beynəlxalq arenaya çıxmağa imkan qazandı. İdmançılarımız dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda öz ölkələrinin bayrağı altında çıxış etməyə başladılar.

Hər hansı ölkədə onun kifayət qədər ardıcıl və məqsədyönlü inkişafı idman ənənəsi, idmanla məşğul olmağa şərait və imkan, idmançılara münasibət, idman mütəxəssislərinin yetişdirilməsi, yarışların təşkili və keçirilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakının təmini, idmanın təbliği, kütləviləşdirilməsi kimi amillərdən çox asılıdır. Belə amillər cərgəsində dövlətin idmana münasibəti özünəməxsus yer tutur. Çünki bu münasibət özü-özlüyündə qeyd olunan məsələlərin müəyyən qisminin həllinə bilavasitə təsir göstərir.

Fiziki və mənəvi cəhətdən sağlam nəsil hazırlanmasında, milli-vətənpərvərlik hisslərinin gücləndirilməsində, respublikamızın beynəlxalq miqyasda daha yaxşı tanınmasında və nüfuzunun yüksəlməsində mühüm rol oynayan bir sahənin - idmanın, bədən tərbiyəsinin və Olimpiya Hərəkatının tərəqqisində, möhtəşəm nailiyyətlərlə zənginləşməsində dövlətimizin xidmətləri əvəzsizdir.

Son illər Azərbaycanda gənclər siyasətinin və müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətinin təşkili, proqram və layihələrinin həyata keçirilməsi üçün şərait yaradılmış, bu sahədə hüquqi baza təkmilləşdirilmişdir. Gənclər və İdman Nazirliyi bütün uşaq və gənclər təşkilatları ilə sıx əlaqə qurmuş, onların fəaliyyətinin məqsədəyönlü istiqamətə yönəldilməsi, proqram və layihələrin maliyyələşdirilməsi sahəsində xeyli iş görmüşdür.

Hazırda Azərbaycanda uşaq və gənclərlə işləyən və onları öz ətrafında birləşdirən qeyri-hökumət təşkilatlarının (QHT) sayı 120-dən artıqdır. Onların yarıdan çoxu konfederativ qurum olan Gənclər Təşkilatının Milli Şurasında birləşmişdir. Milli Şura 2000-ci ildə Avropa qitəsində ən nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatı olan Avropa Gənclər Forumuna, 2002-ci ildə BMT-nin Sosial-İqtisadi Şurasına üzv qəbul olunmuşdur.

Ümumilikdə bu gün ölkədə 3 minədək qeyri-hökumət təşlikatı fəaliyyət göstərir. Ölkəmizdə müxtəlif yönümlü siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyəti, senzuranın aradan qaldırılması, yüzlərlə mətbuat orqanının azad nəşr olunması, özəl radio və televiziya kanallarının yayımlanması siyasi plüralizmin, vətəndaş cəmiyyətinin inkişafının əyani təzahürüdür.   

  

 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009