“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 20 avqust hansı fakt və olaylarla yadda qalıb?
20 avqust
1783 – Çar Rusiyasının Qafqaz ekspedisiya korpusuna başçılıq edən general Potyomkin Azərbaycan xanlarına müraciət edərək onları Rusiya imperiyası himayəsinə keçmək barədə Georgiyevsk müqaviləsinə qoşulmağa çağırıb.
Bundan bir qədər əvvəl (4 avqust 1783) Şərqi Gürcüstan (Kartli və Kaxetiya) çarı II İrakli Rusiya ilə Georgiyevsk traktatını imzalayaraq Rusiyanın himayəçiliyini qəbul etmişdi.
General Potyomkinin müraciətinə Azərbaycan xanlarından heç biri müsbət cavab vermədi.
Əlavə bax:
http://www.borchali.net/index.php?s=haqqinda
http://www.azerbaycanli.org/az/page62.html
http://asav.bochum.googlepages.com/Borcali_E-Seferov.htm
http://memorial.aznet.org/alfc3.shtml
* * *
1901 – Məşhur xanəndə, Azərbaycan xalq musiqisinin bənzərsiz ifaçısı, xalq artisti Xan Şuşinski (İsfəndiyar Cavanşirov, 1901-1979) anadan olub.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Xan_%C5%9Eu%C5%9Finski
http://bizimasr.media-az.com/arxiv_2001/new_sen/329/meden.html
http://www.azeriart.net/musiqi/xan.htm
http://www.musiqi.az/artist.shtml?id=50
http://musigi-dunya.az/new/read_magazine.asp?id=12&page=2
* * *
1912 – Görkəmli dirijor və bəstəkar Niyazi (1912-1984) anadan olmuşdur. Dahi bəstəkar Üzeyir Hacıbəyovun qardaşı (Zülfüqar Hacıbəyov) oğludur. 1984-cü il avqustun 2-də vəfat edib.
Əlavə bax:
http://www.hafta-ichi.com/newv/2009/07/10/anons=8
http://www.azadliq.org/content/article/1803856.html
http://www.anl.az/down/medeniyyet2008/avqust/medeniyyet2008_avqust_220.htm
http://www.mia.az/news/2465.html
* * *
1918 – Azərbaycanın məşhur fiziki, akademik Həsən Abdullayev (1918-1993) anadan olub.
Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti (1970-1983-cü illərdə) olub.
Əlavə bax:
http://www.elm.az/az/cat.php?fid=hasan
http://az.wikipedia.org/wiki/H%C9%99s%C9%99n_Abdullayev
http://www.kataloq.net/v2/shexsler/H%C9%99s%C9%99n-Abdullayev-69
* * *
1992 – Azərbaycan ərazisindən sovet (Rusiya) qoşunlarının çıxarılması başlanıb. Bu tarixi proses Naxçıvandan başlamışdı.
Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikada yerləşən keçmiş SSRİ ordusunun 75-ci motoatıcı diviziyasının çıxarılması barədə qərar qəbul edilmişdi.
Razılaşmaya əsasən, diviziyanın şəxsi heyəti Naxçıvanı tərk etdi, onun bütün əmlakı isə Azərbaycan Ordusunun Naxçıvandakı hissələrinə verildi.
Azərbaycan ərazisindən Rusiya qoşunlarının çıxarılması prosesi 1993-cü il mayında başa çatdı.
Əlavə bax:
http://www.musavat.com/site/shownews.php?news_id=24189&arxiv=yes
http://bizimasr.media-az.com/arxiv_2003/sentyabr/205/aktual.html
* * *
1997 – Azərbaycan hökuməti ilə ABŞ-ın "R.V.İnvestment" şirkəti arasında ölkənin bir neçə rayonunda qızıl yataqlarının işlənməsinə dair müqavilə imzalanıb.
Müqavilə Azərbaycanın Ordubad, Gədəbəy, eləcə də işğal altında olan Kəlbəcər rayonu ərazisindəki qızıl, gümüş və mis yataqlarının işlənməsini nəzərdə tuturdu.
Lakin Amerika şirkətinin günahı üzündən (şirkət sonradan müqaviləni rentabelli olmadığını elan etdi) saziş uzun müddət həyata keçirilmədi. Müqavilə üzrə yataqların işlənməsinə (Gədəbəy rayonu) 2009-cu ilin mayında başlanıldı.
Əlavə bax:
http://bizimasr.media-az.com/arxiv_2004/27/arashdirma.html
http://www.interfax.az/az/index.php?option=com_content&task=view&id=4817&Itemid=36
http://baki-xeber.com/2009/05/08/get=27205
http://www.aztv.az/xbdx/x-1.asp?id=2630&il=2008
http://www.azerbaycanli.org/az/news-184.html
* * *
2001 - Prezidenti Heydər Əliyev Azərbaycanda hərbi təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı fərman verib.
Fərmana əsasən, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır.
2004-cü ildən bu hərbi məktəblər Heydər Əliyevin adını daşıyır.
Əlavə bax:
http://www.aahm.edu.az/
http://library.aliyev-heritage.org/az/3183680.html
http://az.apa.az/news.php?id=150251
* * *
Bax:
►19 avqust