Bizim təqvim > Avqust > 19
Tarixdə bu gün: Azərbaycan
Saytımızda yeni bölməni – “Bizim təqvim” rubrikası altında “Tarixdə bu gün: Azərbaycan” bölməsini təqdim edirik. Elektron xronoqraf formatında nəzərdə tutulan bölmədə Azərbaycan tarixinin təqvimin günlərində həkk olunmuş hadisə və faktları, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər yer alacaq.
Bu işin böyük bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş, zənginləşdirilmiş elektron variantı yer alacaq. Bununla yanaşı, hörmətli oxucularda bu bölməyə aid əlavə fakt və materiallar (təqvimin günləri üzrə) varsa, onları bizimlə bölüşməyi (vuqar@azerbaycanli.org) rica edirik.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 19 avqust hansı fakt və olaylarla yadda qalıb?
19 avqust
 |
 |
| Səfəvi Şahı I Abbas |
Osmanlı sultanı IV Murad |
1634 – Növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində sultan IV Muradın başçılıq etdiyi türk qoşunları İrəvan qalasını ələ keçiriblər.
Lakin Osmanlı qoşunları İrəvan qalasını uzun müddət əlində saxlaya bilmədi.
Müharibənin yekunları ilə bağlı imzalanan Qəsri-Şirin sülh müqaviləsinə (1639) görə, Qərbi Gürcüstan Osmanlı imperatorluğunun, İrəvan daxil olmaqla Qərbi Azərbaycan torpaqları və Şərqi Gürcüstan ərazisi Səfəvi dövlətinin əlində qaldı.
Əlavə bax:
http://www.borchali.net/index.php?cat=kerem_memmedov&s=24
http://www.karabakh-doc.azerall.info/ru/azerpeople/ap017az.htm
http://www.azerbaycanli.org/az/page42.html
1768 - Fətəli xan Qubalının qoşunları ilə Şəki hakimi Hüseyn xanın qoşunları arasında döyüş baş verib.
Döyüşdə Fətəli xan qalib gəlib və Şəki xanlığının ixtiyarında olan Şamaxı torpaqları Quba xanlığına birləşdirilib.
Bundan bir qədər öncə (1767) Fətəli xan Bakı xanlığını da Quba xanlığına birləşdirmişdi. Lakin onun Azərbaycan torpaqlarını birləşdirmək niyyəti digər xanlıqlar tərəfindən qəbul olunmayıb.
Fətəli xana qarşı birləşən Azərbaycan və Dağıstan hakimlərinin qüvvələri Xudat yaxınlığındakı Gavduşan döyüşündə (1774) onu ağır məğlubiyyətə uğradıblar.
Bundan sonra Fətəli xan Rusiya ilə müttəfiqlik yaratmaq üçün zar II Yekaterinanın yanına elçilər göndərib.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page62.html
http://az.wikipedia.org/wiki/Quba_xanl%C4%B1%C4%9F%C4%B1
2000 – MDB dövlət başçılarının Yaltada (Ukrayna) keçirilən qeyri-formal sammitində Azərbaycan prezidenti Heydər Əliyevlə Ermənistan prezidenti Robert Koçaryan arasında Qarabağ nizamlanmasına dair növbəti danışıqlar olub.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page110.html
Bax:
18 avqust