ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Avqust > 18

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır. 

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 18 avqust hansı fakt və olaylarla yadda qalıb?

 

18 avqust

 

1912 – Azərbaycanın xalq şairi Mirvarid Dilbazi (1912-2001) anadan olmuşdur.

Mirvarid Dilbazi xüsusilə uşaq və gənclər üçün yazdığı şeirlərlə məşhurlaşıb.

Nizaminin, Nəvainin, eləcə də bir çox rus və sovet şairlərinin əsərlərini Azərbaycan türkcəsinə tərcümə edib.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Mirvarid_Dilbazi

http://voices.musigi-dunya.az/openinfo.asp?p=53

http://bizimasr.media-az.com/arxiv_2001/new_iyul/300/retro.html

 * * *

1919 – Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib.

Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb.

Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust fərmanı ilə avqustun 18-i Azərbaycanda Sərhəd Qoşunları günü kimi qeyd olunur.

Sovet dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik Komitəsinin strukturu kimi mövcud olub, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da sərhəd xidməti bir müddət Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərib.

Prezident Heydər Əliyevin 2002-ci il 31 iyul tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidməti yaradılıb və Sərhəd Qoşunları müstəqil qurum kimi fəaliyyət göstərməyə başlayıb.

Əlavə bax:

http://xazar.info/engine/print.php?newsid=1219054483&news_page=1

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2008&Pid=27098

http://www.iom.az/legislation/files/LawOnBorderTroops-Azeri.pdf

http://www.mns.gov.az/serhed_buraxilishi_az.html 

 * * *

1993 – BMT Təhlükəsizlik Şurasının iclasında erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş digər rayonlarından tamamilə, dərhal və qeyri-şərtsiz çıxarılması barədə Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olunub.

Bəyanat Azərbaycan Ali Sovetinin sədri, prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyevin Ermənistanın hərbi təcavüzünün genişlənməsi ilə bağlı BMT rəhbərliyinə ünvanladığı məktub əsasında qəbul olunmuşdu.

Lakin bəyanatda onun icrası ilə bağlı hər hansı mexanizm nəzərdə tutulmadığı üçün o, deklarativ sənəd olaraq qaldı.

Əlavə bax:

http://www.azerbaijan.az/portal/Karabakh/Documents/documents_a.html

http://www.azerbaycanli.org/az/page110.html 

 * * *

Bax:

►17 avqust

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009