Bizim təqvim > Avqust > 15
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 15 avqust hansı fakt və olaylarla yadda qalıb?
15 avqust
1784 – Görkəmli şair, Azərbaycanın realist və satirik poeziyasının banilərindən biri Qasım bəy Zakir (1784-1857) Şuşada anadan olmuşdur.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Qas%C4%B1m_b%C9%99y_Zakir
http://www.adam.az/az.php?subaction=showfull&id=1217184359&archive=&start_from=&ucat=20,51&go=headlines&category=51
http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2009&Pid=6034
* * *
1867 – Cənubi Azərbaycan türklərinin mübariz lideri Səttarxan (1867-1914) аnadan olub.
1905-1911-ci illərdə İranda şah üsul-idarəsinə qarşı Məşrutə (Konstitusiya) inqilabına rəhbərlik edən Səttarxan təkcə Cənubi Azərbayanda deyil, bütün İranda adı ehtiramla anılan tarixi şəxsiyyətdir.
1914-cü ildə terror nəticəsində qətlə tetirilib.
Məşrutə inqilabında oynadığı rola görə Səttarxan İranda şah rejimi devriləndən (1979) sonra “Milli sərdar” adına layiq görülüb.
Əlavə bax:
http://www.azadtribun.net/x44.htm
http://www.rasulzade.org/articles/1_161.html
http://www.dak.az/view.php?lang=az&menu=14&id=953
* * *
1905 – Rusiyanın Nijni-Novqorod şəhərində Ümumrusiya müsəlmanlarının I qurultayı başlanıb.
Azərbaycanlıların da təmsil olunduğu qurultayın məqsədi Rusiya Dumasına nümayəndələrin seçilməsi idi.
Qurultayda "Rusiya imperiyasında müsəlmanların vəziyyəti və problemləri" mövzusunda əsas məruzə ilə Əlimərdan bəy Topçubaşov çıxış edib.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page42.html
http://www.azerbaijan.az/_History/_Middle/middle_03_a.html
http://www.rasulzade.org/ideology/5_22.html
* * *
1929 – Təbiətşünas alim, biologiya elmləri doktoru Roza Qasım qızı Əsgərova Babək rayonunun Qahab kəndində anadan olmuşdur.
Çoxcildlik “Azərbaycan faunası”nın (1959-1961), “Azərbaycanın qırmızı kitabı” nın (1989) müəlliflərindəndir.
* * *
1992 – Azərbaycanda milli valyuta - manat dövriyyəyə buraxılıb.
Azərbaycan müstəqilliyini 1991-ci ilin oktyabrın elan etsə də, əksər respublikalar kimi, burada da keçmiş sovet rublu dövriyyədə idi.
Azərbaycan Respublikasının milli valyutası – manatın dövriyyəyə buraxılması barədə fərman 1992-ci il iyulun 15-də prezident Əbülfəz Elçibəy tərəfindən imzalanmışdır.
1992-ci ilin avqustun 15-də 1, 10, 250 manatlıq əskinaslar, həmin ilin dekabrında 5 manatlıq, 1993-cü ilin martında 50, 100, 500, 1000 manatlıq pul vahidlərini tədavülə buraxılıb.
1994-cü ilə qədər Azərbaycanda manat dövriyyədə köhnə sovet rublu ilə paralel işləyib. Prezidentin 1993-cü ilin dekabrında imazaldığı fərmanla 1994-cü ilin yanvarın 1-dən manat dövriyyədə yeganə ödəniş vasitəsi kimi təsdiq olunub.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page301.html
http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_manat%C4%B1
http://www.nba.az/default.aspx?go=142&lng=az
http://www.musavat.com/new/shownews.php?news_id=58269
* * *
1994 – Azərbaycan Respublikası ilə Sinqapur (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 2-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=131&Itemid=43
* * *
Bax:
►14 avqust