ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Sülh prosesi > Xalq diplomatiyası

Qarabağa sülh yolu: ikinci səfər

Miilət vəkili Rövşən Rzayev: “Ermənilər başa düşürlər ki, Qarabağ probleminin həllinin uzadılması ilk növbədə onların özlərinin əleyhinə işləyir”

-04.07.2009-

Azərbaycan və Ermənistanın Rusiya Federasiyasındakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistanın bir qrup ziyalısı - millət vəkilləri, mədəniyyət xadimləri, jurnalistlər, ictimaiyyət təmsilçiləri  ATƏT-in xətti ilə iyulun 3-də Xankəndidə, Şuşada olmuş, oradan Ermənistana gedərək, prezident Serj Sarkisyan ilə görüşmüş, ardından Bakıya gələrək Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda olmuşlar.

Azərbaycan və Ermənistan ziyalılarının ilk belə missiyası iki il əvvəl, 2007-ci il iyunun 28-də gerçəkləşmişdi. Budəfəki səfər isə nümayəndə heyətlərinin tərkibinin daha geniş olması, hər iki tərəfdən səslənən açıqlamalarda uzlaşma və dialoq yönlü fikirlərin üstünlük təşkil etməsi ilə diqqət çəkir.

Hər iki tərəfdən nümayəndə heyətləri aşağıdakı kimi olub. Azərbaycan heyəti: Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Milli Məclisinin deputatları Asim Mollazadə, Rövşən Rzayev (Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü)... >>> 


 Qarabağa aparan yol - sülh və müharibə arasında

Bir daha azərbaycanlı və erməni ziyalılarının qarşılıqlı səfərləri barədə

Artıq neçə gündür ki, Azərbaycan ziyalılarının Dağlıq Qarabağ və Yerevana, Ermənistan ziyalılarının isə Bakıya səfəri (28 iyun 2007-ci il) ətrafında istər kütləvi informasiya vasitələrində, istərsə də bütövlükdə ictimaiyyət arasında müzakirələr gedir. Prinsipcə bu ictimai maraq təbii sayılmalıdır.

Ən azı ona görə ki, Qarabağ münaqişəsi başlayandan bu yana ilk dəfə olaraq iki ölkənin nüfuzlu ictimaiyyət xadimləri arasında belə bir səfər gerçəkləşib. Üstəlik bu barədə qarşılıqlı razılaşma üçüncü (vasitəçi) tərəf olmadan əldə olunub: iki ölkənin Rusiyadakı səfirləri (Azərbaycan və Ermənistanın keçmiş mədəniyyət nazirləri) birgə təşəbbüslə çıxış ediblər, prezidentlər də ona razılıq veriblər.

Bununla belə, bu günlər ərzində davam edən ajiotaja, özəlliklə mətbuat səhifələrində gedən qızğın «lehinə» və «əleyhinə» mübahisələrinə nəzər saldıqda görürük ki, bu çıxışlar əksəriyyət etibarilə səfərin mahiyyətindən daha çox onun bir epizodu - Azərbaycan nümayəndələrinin Xankəndidə Dağlıq Qarabağ ermənilərinin lideri, yəni oradakı separatçı rejimin rəhbəri ilə görüşü üzərində qurulub.

Təsadüfi deyil ki, bu səfəri neqativ yöndən şərh edənlərin hamısı məhz bu məqamı vurğulayaraq onun Dağlıq Qarabağdakı tanınmamış qurumun rəsmiləşdirilməsinə xidmət etdiyini bildirirlər. Hərçənd fakta obyektiv prizmadan baxsaq, bunun belə olmadığını yəqin edərik.

Əvvala, bundan öncə də Azərbaycanın səfir postundan da yüksək vəzifəli diplomatları da, eləcə də ictimaiyyət təmsilçiləri (QHT rəhbərləri, jurnalistlər) dəfələrlə Dağlıq Qarabağ ermənilərinin rəhbərləri ilə qeyri-formal görüşlər keçiriblər, amma onların heç biri nəinki DQR»-in tanınmasına gətirib çıxarmayıb, heç bu anlama gəlməyib və bu yöndə səciyyələndirilməyib də. >>>



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009