Bizim təqvim > Avqust > 14
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 14 avqust hansı fakt və olaylarla yadda qalıb?
14 avqust
1930 – Sovet İttifaqının hökuməti ölkə ərazisində icbari ibtidai təhsil haqqında qərar qəbul edib.
SSRİ Xalq Komissarları Sovetinin qərarına əsasən, 1930-1931-ci tədris ilindən etibarən 8-10 yaşında olan bütün uşaqlar məcburi qaydada ibtidai təhsilə (1-3-cü siniflər) cəlb edilməli idilər.
Qərarda həmçinin şəhər və qəsəbələrdə 7-illik icbari (natamam orta) təhsil sisteminə keçid nəzərdə tutulmuşdu.
Qərarın icrası Azərbaycanda da savadsızlığın ləğvi sahəsində mühüm mərhələ oldu.
Əlavə bax:
http://library.aliyev-heritage.org/az/1948590.html
http://www.ami.az/umumi%20melumat.htm
http://www.anspress.com/index.php?nid=123092
* * *
1934 – Yazıçı, dramaturq, “Qızıl qələm” mükafatı laurеatı Şamil Xurşud oğlu Fərzəliyеv (Şamil Xurşud) anadan оlub.
* * *
1989 – Bakıda Xalq Cəbhəsinin təşkilatçılığı ilə genişmiqyaslı mitinqlər və kütləvi tətillər başlanıb.
Tətil və mitinqlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından etnik təmizlənməsinə etiraz olaraq keçirilirdi. Tətil dalğası təxminən iki ay davam etdi.
Respublikanın kommunist rəhbərliyinə ünvanlanan tələblərdən biri də Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında qanunun qəbul edilməsi barədə idi. Həmin qanun 1989-cu il sentyabrın 23-də qəbul olundu.
Əlavə bax:
http://mfa.gov.az/khojaly/index.php?option=com_content&task=view&id=15&Itemid=29
http://www.musavat.com/site/shownews.php?news_id=56621
* * *
2002 – Naxçıvanda, Azərbaycan-Ermənistan sərhədinin Sədərək rayonu ərazisində prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında təkbətək görüş keçirilib.
Bu, Azərbaycan və Ermənistan prezidentləri arasında 1999-cu ildə başlanan təkbətək görüşlərin sayca 21-cisi idi.
Dörd saat davam edən görüşdən sonra açıqlama verən prezidentlər danışıqlardan ümumən razılıq ifadə etsələr də, ortada heç bir nəticənin olmadığını bildirdilər.
Əlavə bax:
http://bizimasr.media-az.com/arxiv_2002/avgust/184/
http://bizimasr.media-az.com/arxiv_2002/avgust/185/xeber.html#1
http://azerbaycanli.org/az/page110.html
* * *
Bax:
►13 avqust