ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Avqust > 13

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır. 

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 13 avqust hansı fakt və olaylarla yadda qalıb?

 

13 avqust

 

1993 – Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan cənubda - Füzuli və Cəbrayıl rayon mərkəzləri istiqamətində genişmiqyaslı hücumu başlanıb.

Ölkədə yaranmış ağır siyasi və hərbi böhran ermənilərin hücumunun qarşısını almağa imkan vermədi.

Hücumun ilk mərhələsində hər iki rayonun Dağlıq Qarabağın inzibati sərhədləri boyunca yerləşən kəndləri işğal olundu.

Əlavə bax:

http://bizimyol.az/index.php?mod=news&act=view&nid=14723

 * * *

2001 – Prezident Heydər Əliyev ölkənin kütləvi informasiya vasitələrini milli dəyərlərə və mentalitetə sayğılı olmağa çağıran bəyanatla çıxış edib.

Dövlət başçısının bəyanatı Qafqaz müsəlmanlarının dini rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin mətbuatda ("Etimad" qəzeti) təhqir olunması ilə bağlı verilmişdi.

Prezident bəyanatında kütləvi informasiya vasitələrini ölkədəki söz və mətbuat azadlığından sui-istifadə etməməyə, əxlaq normalarına riayət etməyə, təhqirlərə yol verməməyə çağırmışdı.

 * * *

2004 – Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği sahəsindəki aktiv fəaliyyətinə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

Mehriban Əliyeva türkdilli ölkələrin bu yüksək ada layiq görülən ilk qadın təmsilçisidir.

2006-cı ildə Azərbaycanın birinci xanımı həmçinin İslam Konfransı Təşkilatının elm, təhsil və mədəniyyət üzrə qurumu olan İSESCO-nun Xoşməramlı səfiri oldu.

Əlavə bax:

http://www.preslib.az/page/eres6/

http://az.trend.az/news/important/actual/1041667.html

 * * *

Bax:

►12 avqust



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009