Bizim təqvim > Avqust > 12
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 12 avqust hansı fakt və olaylarla yadda qalıb?
12 avqust
1805 – Rusiya-İran müharibəsi (1804-1813) gedişində rus qoşunları Bakı xanlığının strateji məntəqələrini ələ keçirərək şəhəri mühasirəyə alıblar.
Lakin general Pavel Sisianovun başçılıq etdiyi Rusiya qoşunları müvəffəqiyyət qazanmayaraq geri çəkiliblər.
1806-cı ilin yanvarında artıq Şirvan xanlığını da işğal etmiş general Sisianovun qoşunları yenidən Bakıya yaxınlaşdı.
Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar aparılan zamanı general Sisianov öldürüldü. Rus qoşunları 1806-cı ilin oktyabrında Bakını aldılar.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Bak%C4%B1_xanl%C4%B1%C4%9F%C4%B1
http://www.azerbaycanli.org/az/page62.html
http://karabakh-doc.azerall.info/ru/isegod/isg030az-2.php
http://www.baku-icc-2009.az/content.php?lang=az&page=58
http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_xanl%C4%B1qlar%C4%B1
* * *
1926 – Xalq şairi Qabil (İmamverdiyev) (1926-2007) anadan olmuşdur.
Azərbaycan poeziyasında özünəməxsus dəyərli yer tutan Qabil respublikamızın ali dövlət mükafatları olan "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunub.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Qabil_%C4%B0mamverdiyev
* * *
1942 – Görkəmli hərbi tarixçi, jurnalist və publisist Şəmistan Nəzərli anadan olub.
Azərbaycanın hərb tarixi, tanınmış azərbaycanlı generallarının həyatına dair kitabların müəllifidir.
Əlavə bax:
http://www.yeniazerbaycan.com/news/9381.html
www.anl.az/el/n/sh_n_asa.pdf -
* * *
1993 – ATƏT-in Minsk qrupunun toplantısında BMT Təhlüəksizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 822 (Kəlbəcərin işğalı ilə bağlı) və 853 (Ağdımın işğalı) saylı qətnamələrin yerinə yetirilməsi üzrə «Təxirəsalınmaz tədbirlər qrafiki» qəbul olunub.
Sənəd erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxmasını nəzərdə tuturdu, lakin kağız üzərində qaldı.
Erməni qüvvələri isə beynəlxalq birliyin laqeydliyi fonunda işğalın coğrafiyasını daha da genişləndirdilər.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page235.html
* * *
Bax:
►11 avqust