Bizim təqvim > Avqust > 11
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 11 avqust hansı fakt və olaylarla yadda qalıb?
11 avqust
 |
 |
| Uzun Həsən |
II Mehmet Fateh |
1473 – Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu qoşunları ilə Osmanlı sultanı II Mehmet Fatehin qoşunları arasında Otluqbeli (Tərcan) döyüşü baş verib. Döyüş Osmanlı ordusunun qələbəsi ilə nəticələnib.
Bununla türk qoşunları bir qədər əvvəl (1 avqust 1473) Malatya döyüşündə aldıqları məğlubiyyətin əvəzini çıxıblar.
Bu döyüş Ağqoyunlu-Osmanlı müharibəsinin (1472-1473) taleyini ikincinin xeyrinə həll edib.
Uzun Həsən müharibədə Avropa dövlətlərindən yardım vədi alsa da, bu, gerçəkləşmədi. Əslində Avropa dairələri iki güclü türk dövlətinin savaş meydanında bir-birini zəif salmasında maraqlı idilər.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/A%C4%9Fqoyunlular
http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2007&Pid=18376
* * *
1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ölkədə ümumi hərbi səfərbərlik haqqında qərar qəbul edib.
Hərbi səfərbərlik qərarı ölkə üzrə 18-45 yaşı arasında hərbi mükəlləfiyyətli bütün vətəndaşları əhatə edirdi.
Qərara əsasən, qısa müddətdə 5 minədək şəxs Xalq Cümhuriyyətinin Milli Ordusu sıralarına səfərbər olmuşdu.
Bu arada Azərbaycan-türk (Osmanlı) birləşmiş qüvvələri Bakının azad olunması üçün həlledici hücuma hazırlaşırdı.
Əlavə bax:
http://www.anl.az/26iyun.htm
http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Demokratik_Respublikas%C4%B1n%C4%B1n_milli_ordusu
* * *
1992 – Ankarada Türkiyə və Azərbaycan xarici işlər nazirləri tərəfindən konsulluq sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Saziş Türkiyənin Naxçıvanda, Azərbaycanın isə İstanbulda baş konsulluğunun açılmasını nəzərdə tuturdu.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=76&Itemid=43
* * *
2002 – Ermənistanın Dağlıq Qarabağda qurduğu marionet rejimdə "prezident seçkisi" keçirilib.
Yerevanın və xaricdəki erməni lobbisi nümayəndələrinin "müşahidə etdiyi" qondarma seçki heç bir beynəlxalq qurum və ölkə tərəfindən tanınmadı.
Əlavə bax:
http://bizimasr.media-az.com/arxiv_2002/avgust/183/eks.html#1
* * *
Bax:
►10 avqust