Bizim təqvim > Avqust > 10
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 10 avqust hansı fakt və olaylarla yadda qalıb?
10 avqust
1895 – Görkəmli hərbi xadim, general Cəmşid Naxçıvanski (1895-1938) anadan olub. Məşhur Naxçıvan xanları sülaləsinin axırıncı - altıncı generalıdır.
Cəmşid Naxçıvanski I Dünya müharibəsində Rusiya ordusunda müsəlmanlardan ibarət süvari eskadrona başçılıq edib.
1918-ci ildə Azərbaycana qayıdıb, Xalq Cümhuriyyətinin Milli Ordusunun qurulmasında, Bakının erməni daşnak-bolşevik qüvvələrindən azad olunmasında iştirak edib.
Sovetləşmədən sonra Cəmşid Naxçıvanski Azəbaycanda diviziya komandiri olub, Moskvada Frunze adına Hərbi Akademiyanı bitirib və orada dərs deyib.
1938-ci ildə repressiya olunaraq güllələnib.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/C%C9%99m%C5%9Fid_Nax%C3%A7%C4%B1vanski
http://shexsiyyetler.nakhchivan.az/nax_cemsid.html
http://news.trend.az/index.shtml?show=news&newsid=905388&lang=AZ
http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2008&Pid=28491
* * *
1920 – Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-in rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarıb.
Rusiya K(b)P-nin Qafqaz Bürosunun qərarına əsasən, həmçinin Azərbaycanın Qarabağ və Zəngəzur bölgələri Ermənistan SSR-lə “mübahisəli ərazilər” elan olunub.
Bolşevik Rusiyası Azərbaycan torpaqları hesabına Ermənistanı şirnikləndirmək və sovetləşdirmək siyasəti güdürdü.
Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nəriman Nərimanov buna qarşı çıxsa da, nəticəsi olmadı. 1920-ci ilin dekabrında Zəngəzur Ermənistana birləşdirildi.
Sonrakı illərdə Qazaxın dağlıq hissəsi – Dilican ərazisi, 1927-ci ildə Mehri-Cəbrayıl qəzalarından 24 kənd, 1929-cu ildə daha aşağı Zəngəzurdan Nüvədi, Tuğut və Yernəzir kəndləri, Naxçıvandan 9 kənd Ermənistana verildi.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/D%C9%99r%C9%99l%C9%99y%C9%99z
http://karabakh-doc.azerall.info/ru/isegod/isg030az-4.php
http://www.anl.az/el/q/qarabag_4/q-17.htm
http://www.azerbaijan.az/_Karabakh/_Documents/Documents/document_17_a.html
http://www.xalqcebhesi.az/news.php?id=7065
* * *
1939 – Şair, “Qızıl Qələm” mükafatı laureatı Zəki İslam oğlu Yusifov anadan оlub.
* * *
1990 – Erməni hərbi-təxribatçı dəstələri Azərbaycana qarşı növbəti qanlı terror aksiyalarını həyata keçiriblər.
Tbilisi-Ağdam marşrutu ilə işləyən sərnişin avtobusunun partladılması nəticəsində 20 nəfər həlak olub, 30 nəfər yaralanıb.
Həmin gün Şəmkir-Gəncə avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında «LAZ» markalı avtobus partladılıb: 17 nəfər həlak olub, 26 nəfər yaralanıb.
Əlavə bax:
http://www.mns.gov.az/otherterroracts_az.html
* * *
1995 – Azərbaycan Respublikası ilə Kanada (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=81&Itemid=43
* * *
Bax:
►9 avqust