ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Avqust > 7

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 7 avqust hansı fakt və olaylarla yadda qalıb? 

 

7 avqust

 

1930 – Məşhur rəssam, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Toğrul Nərimanbəyov anadan olub.

Toğrul Nərimanbəyov dünyanın müxtəlif müzeylərində sərgilənən natürmort, portret, mənzərə və s. janrlarda yaratdığı əsərlərlə yanaşı, divarüstü monumental freskaları ilə də tanınıb.

Bir sıra filmlərə, opera və teatr tamaşalarına bədii tərtibat verib.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/To%C4%9Frul_N%C9%99rimanb%C9%99yov

http://az.apa.az/xeber_Togrul_Nerimanbeyov:_%E2%80%9CShushaya_qonaq__158551.html

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2008&Pid=28389

http://www.anl.az/down/medeniyyet2007/avqust/medeniyyet2007_avqust_133.htm

 * * *

1932 – SSRİ hökumətinin qəbul etdiyi "Dövlət müəssisələri, kolxoz və kooperativlərin əmlakının qorunması haqqında" qərarla xalq təsərrüfatında sərt cəza tədbirlərinin əsası qoyulub.

Qərara görə, dövlət və kolxoz əmlakının hətta cüzi şəkildə mənimsənilməsi güllələnmə, ən yaxşı halda 10 il həbslə cəzalandırılırdı.

Sovet tarixinə "Beş sünbül haqqında qanun" adı ilə düşən sənəd Azərbaycanda da xüsusilə kənd təsərrüfatında geniş repressiyalara zəmin yaradıb.

 * * *

1992 – Azərbaycanda "Ərazi müdafiə qərargahlarının yaradılması haqqında" fərman verilib.

Qərar erməni silahlı qüvvələrinin Azərbaycanın sərhəd bölgələrində və Dağlıq Qarabağda azərbaycanlı yaşayış məntəqələrinə hücumlarının qarşısını almaq üçün yerli əhalinin səfərbər olunmasını nəzərdə tuturdu.

Lakin Qarabağda yerli özünümüdafiə qüvvələrinin yaradılması nəticə etibarilə hərbi özbaşınalığa, yerlərdə vahid komandanlığa tabe olmayan silahlı qüvvələrin yaranmasına rəvac verdi.

Əlavə bax:

http://karabakh-doc.azerall.info/ru/isegod/isg031az-4.php

http://azdm.azeriblog.com/2009/03/06/musteqil-azerbaycan-ve-ordu-quruculughu

 * * *

1993 – Azərbaycanın cənub bölgəsində Ələkram Hümbətovun başçılığı altında qondarma qurum - “Talış-Muğan Respublikası” elan olunub.

Xalq Cəbhəsi iqtidarı dövründə Müdafiə Nazirliyində yüksək postlar tutan (bir müddət nazir müavini) tutan polkovnik Ələkram Hümbətovun avantürası Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıdışı ilə barışmayan daxili və xarici qüvvələr tərəfindən təşviq olunurdu. Yerli əhali arasında isə bu separatçılığın real dəstəyi yox idi.

İki həftə sonra Azərbaycan Respublikası Ali Sovetinin sədri və prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyevin qətiyyətli tədbirləri və yerli əhalinin geniş dəstəyi nəticəsində ölkənin cənubundakı separatçılıq avantürasına son qoyuldu.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2002/yanvar/14/xeber.html

http://www.meclis.gov.az/muzey/Senedler/sened_9.html

http://www.azadliqradiosu.az/content/article/423731.html

 * * *  

Bax:

►6 avqust



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009