ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Avqust > 6

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 6 avqust hansı fakt və olaylarla yadda qalıb? 

 

6 avqust

                                    

1723 –  Çar I Pyotr Rusiya imperiyasının Xəzər dənizini və Azərbaycanı ələ keçirməsi ilə bağlı planları reallaşdırmağa başlayıb.

Rusiya ekspedisiyasının Xəzər yürüşü zamanı Azərbaycanın sahil əraziləri, o cümlədən Bakı işğal olunub.

Lakin Rusiya qoşunları az sayda olduğundan burada çox duruş gətirə bilməyərək geri qayıtdılar.

Məhz bu yürüşdən sonra çar I Poytr Azərbaycan torpaqlarının (bütövlükdə isə Cənubi Qafqazın) ələ keçirilməsi ilə bağlı məşhur "Vəsiyyətnamə"sini elan etdi.

Əlavə bax:

http://azerbaycanli.org/az/page42.html

http://terterim.azersayt.com/blog.html?page=comments&member=memmedeminresulzade&newsid=37143

 * * *

1832 – Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan (1832-1897) Şuşada anadan olub. Bəzi mənbələrdə Natəvanın doğum günü 15 avqust göstərilir.

Xurşidbanu Natəvan sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı, İbrahimxəlil xanın nəvəsidir. Xalq arasında onu «Xan qızı» deyə çağırıblar.

Nətəvan istedadlı şairə olmaqla yanaşı, xeyriyyəçiliyi ilə də tanınıb, imkansızlara əl tutub, Şuşaya su kəməri çəkdirib.

Əlavə bax:

http://azerbaycanli.org/az/page780.html

http://az.wikipedia.org/wiki/Xur%C5%9Fidbanu_Nat%C9%99van

http://musigi-dunya.az/new/read_magazine.asp?id=13

 * * *

1993 – Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu istiqamətində geniş hücumu başlanıb. Erməni qoşunlarının hissələri Məngələnata yüksəkliyini ələ keçirərək Füzuli şəhərinə yaxınlaşıblar.

Azərbaycan Milli Ordusunun hissələri hücumu, çətinliklə də olsa dəf edərək erməni qüvvələrini strateji əhəmiyyətli yüksəkliklərdən vurub çıxara biliblər.

Lakin iki həftə sonra erməni qüvvələrinin yeni hücümü Füzuli şəhərinin və rayonun böyük hissəsinin işğalı ilə nəticələndi.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/F%C3%BCzuli

http://ria.az/gundem/3182.html

 * * *

Bax:

►5 avqust

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009