ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Avqust > 5

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 5 avqust hansı fakt və olaylarla yadda qalıb? 

 

5 avqust

 

1895 – Görkəmli alim, cərrah, ictimai xadim Mustafa Topçubaşov (1895-1981) İrəvanda anadan olub.

1930-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Tibb İnstitutunun cərrahlıq kafedrasına rəhbərlik edib.

Azərbaycan SSR Elmlər Akademiysının ilk һәqiqi üzvlәrindәn biri (1945), SSRİ Tibb EA-nın akademiki (1960), Sosialist Әmәyi Qәһrәmanı (1975).  

Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti (1951-1956 vә 1969-1981) olub.

Əlavə bax:

http://uzeyirbook.musigi-dunya.az/AZ/data.pl?id=694&lang=AZ

 * * *

1906 – İranın Qacarlar sülaləsindən olan hökmdarı Müzəfərəddin şah ölkədə başlanan inqilab dağlasını və monarxiya əleyhinə kütləvi çıxışları səngitmək üçün Konstitusiyanın hazırlanması barədə fərman verib.

Konstitusiyanın qəbulu İranda 1905-ci ildə başlanan və əsas liderlərindən biri azərbaycanlı Səttarxan olan inqilabın əsas tələblərindən idi.

Konstitusiya 1906-cı ilin dekabrında qüvvəyə mindi və İran konstitusiyalı monarxiyaya çevrildi.

Əlavə bax:

http://www.azadtribun.net/x44.htm

http://www.rasulzade.org/articles/1_161.html

http://www.dak.az/view.php?lang=az&menu=14&id=953

 * * *

1918 – Azərbaycanda hərbi donanmanın yarandığı gündür. Həmin gün keçmiş Rusiya imperiyasının Xəzərdəki hərbi gəmilərinin bazasında Azərbaycan Xalq Cümhuriyyətinin hərbi donanması təşkil olunub.

Xalq Cümhuriyyətinin hərbi donanması ilk mərhələdə cəmisi 6 qayıq və gəmidən ibarət olub.

Azərbaycanın sovetləşməsindən sonra “Qırmızı Donanma” adlandırılan hərbi-dəniz qüvvələri bolşevik Rusiyasının (daha sonra isə SSRİ-nin) Xəzər Hərbi Donanmasının tərkibinə daxil olub.

SSRİ-nin dağılmasından (1991) sonra donanma Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bölünüb və 1992-ci ilin iyulunda Azərbaycan hərbi gəmiləri ölkəmizin bayrağı altında reydə çıxıblar.

Prezident Heydər Əliyevin 1996-cı ildə verdiyi fərmanla 5 avqust Azərbaycanda Hərbi donanma günü kimi qeyd olunur.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_H%C9%99rbi_D%C9%99niz_Q%C3%BCvv%C9%99l%C9%99ri

http://deyerler.org/texts/news/cemiyyet/4251-azrbaycan-hrbb-dnbz-qivvlrbnbn-vzbyytb.html

http://anspress.com/index.php?nid=12566

 * * *

Bax:

►4 avqust



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009