ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Avqust > 4

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 4 avqust hansı fakt və olaylarla yadda qalıb? 

 

4 avqust

 

1783 – Şərqi Gürcüstanın (Kartli və Kaxetiya çarlığı) çar Rusiyasının himayəsinə keçməsi barədə Georgiyevsk traktatı imzalanıb.

Sənədə əsasən, gürcü çarlığının tərkibində tarixi Azərbaycan torpaqları (Borçalı, Şəmsəddil və s.) da Rusiyanın faktiki nəzarətinə keçdi.

Gürcü çarı II İrakli ilə Rusiyanın Qafqaz ekspedisiya korpusunun rəhbəri general Potyomkin tərəfindən imzalanan anlaşmaya görə, Rusiya Gürcüstanı Türkiyə (Osmanlı) və İranın hücumlarından qorumaq barədə öhdəlik götürmüşdü.

Georgiyevsk anlaşması 1801-ci ildə Gürcüstanın Rusiyaya birləşdirilməsi üçün əsas oldu.

Əlavə bax:

http://www.borchali.net/index.php?s=haqqinda

http://asav.bochum.googlepages.com/Borcali_E-Seferov.htm

http://memorial.aznet.org/alfc3.shtml

 * * *

1918 – General Denstervilin komandanlıq ediyi ingilis hərbi qüvvələrinin ilk dəstəsi Bakıya gəlib.

Bakıda hakimiyyəti ələ almış eser-menşevik və daşnak «Sentrokaspi diktaturası» Xalq Cümhuriyyəti və türk (Osmanlı) qüvvələrinin Qafqaz İslam Ordusunun Bakıya hücumunun qarşısını almaq üçün İrandakı ingilis qoşunlarını köməyə çağırmışdı.

Ənzəli limanından yola çıxan ingilis desantının əsas hissəsi avqustun 9-17-də Bakı Bakı limanına yan aldı.

Əlavə bax:

http://www.musavatisvec.com/80.htm

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2006&Pid=6561&lng=aze&pid=9598

http://rasulzade.org/ideology/5_34.html

 * * *

1992 – Azərbaycan Respublikası ilə Portuqaliya (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 7-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=69&Itemid=43

 * * *

2003 – Milli Məclisin növbədənkənar sessiyasında ARDNŞ-in 1-ci vitse-prezidenti, millət vəkili İlham Əliyevin Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyinat olunmasına razılıq verilib.

Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında (Ankara) müalicə olunan prezident Heydər Əliyev İlham Əliyevin Azərbaycanın baş naziri təyin olunmasına razılıq verilməsi ilə bağlı avqustun 2-də Milli Məclisə təqdimat göndərmişdi.

Parlament səsvermədə iştirak edən 101 millət vəkilinin yekdil səsi ilə bu qərarı təsdiqləyib.

Həmin gün dövlət başçısı Heydər Əliyev Konstitusiyanın 109-cu maddəsinə əsasən, İlham Əliyevin baş nazir təyin olunması barədə fərman imzalayıb.

Prezidentin digər fərmanı ilə Artur Rasizədə baş nazir vəzifəsindən azad olunaraq baş nazirin 1-ci müavini təyin edilib.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2003/avgust/172/

 * * *

Bax:

►3 avqust

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009