Bizim təqvim > Avqust > 3
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 3 avqust hansı fakt və olaylarla yadda qalıb?
3 avqust
1920 – Quba qəzasının Dəvəçi və Quba dairələrində Həmdulla Əfəndinin (süqut etmiş Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin deputatı) və Mayılın başçılığı altında sovetləşmə əleyhinə kəndli çıxışları başlanıb.
Üsyanın yatırılmasından sonra Azərbaycanda bolşevik işğalına qarşı kütləvi çıxışlar nisbətən səngidi.
Bundan sonra respublikada güclü antisovet çıxışları 20-ci illərin sonu-30-cu illərin əvvəlində kütləvi kolxozlaşma zamanı özünü göstərdi.
Əlavə bax:
http://www.qaynaq.internet.az/articles/530hum270717.htm
http://www.express.com.az/second.asp?id=104288
http://www.express.com.az/second.asp?id=86092
http://karabakh-doc.azerall.info/ru/isegod/isg030az-4.php
* * *
1941 – Böyük Vətən müharibəsində Sovet Ordusu tərkibində azərbaycanlılardan ibarət ilk qoşun birləşməsi - 402-ci diviziya təşkil olunub.
Bu arada SSRİ və Böyük Britaniya qoşunlarının kontingenti Hitler Almaniyası qüvvələrinin cənub cinahından (Türkiyə və İran üzərindən) Sovet İttifaqına mümkün hücumunu önləmək üçün İran (Cənubi Azərbaycan) ərazisinə yeridilməyə başlamışdı. Sovet qoşunları Cənubi Azərbaycanda 1945-ci ilədək qaldı.
Əlavə bax:
http://www.respublica.news.az/2009/05/13/5329/
http://www.avciya.az/wap2/news/4371/bak305-q601hr601man-351601h601rdir.html
* * *
1993 – Bakıda ilk beynəlxalq peyk rabitə sisteminin açılışı olub.
Amerika Birləşmiş Ştatlarının "IDB" şirkətinin quraşdırdığı kompleks Azərbaycanı beynəlxalq telekommunikasiya sisteminə qoşub.
Açılış mərasimində Ali Sovetin sədri, Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyev iştirak edib.
Əlavə bax:
http://anspress.com/nid126512.html
* * *
1999 – Azərbaycanla Myanma (Birma) dövləti arasında diplomatik münasibətlərin qurulması haqqında protokol imzalanıb.
* * *
Bax:
►2 avqust