ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Avqust > 1

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 1 avqust hansı fakt və olaylarla yadda qalıb?

 

 

1 avqust

 

1421 – Qaraqoyunlu hökmdarı Qara Yusifin oğulları İsgəndər və İsfəndiyarın başçılıq etdiyi qoşunlarla Teymuri sultanı Şahruxun və Şirvanşahın birləşmiş qüvvələri arasında Alaşkerd vadisində döyüş olub.

Döyüş Teymurilər və Şirvanşahların qələbəsi ilə nəticələnib.

Qaraqoyunlu dövləti ilə mübarizədə Şirvanşah I İbrahimə dəstək verən Teymuri sultanı öz növbəsində onun köməyi ilə Azərbaycanın digər ərazilərini ələ keçirməyə çalışırdı.

Əlavə bax:

http://wapedia.mobi/az/Qara_Yusif

www.elibrary.az/docs/nacaf_book.pdf

 * * *

1473 – Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu dövlətinin (1468-1501) qoşunları ilə Osmanlı ordusu arasında Malatya döyüşü olub.

İki türk dövləti arasında bölgəyə nəzarət uğrunda 1472-ci ildə başlanan müharibənin ilk ciddi döyüşü Ağqoyunluların qələbəsi ilə nəticələnib.

Lakin cəmisi 10 gün sonra Osmanlı ordusu Otluqbeli (Tərcan) döyüşündə Ağqoyunlu qoşunlarını ağır məğlubiyyətə uğratdı.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/A%C4%9Fqoyunlular

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2007&Pid=18376

 * * *

1918 – Bakıda eser, menşevik və daşnaklardan ibarət "Sentrokaspi və Fəhlə-əsgər deputatları Soveti Müvəqqəti Komitəsinin diktaturası” adlı mürtəce qurum yaradılıb.

“Bakı Kommunası”nın süqutundan sonra yaranan qurum da bolşeviklər kimi eyni məqsədi - Xalq Cümhuriyyəti hökumətinin Bakıya gəlişinin qarşısını almağı güdürdü.

Lakin onlar buna müyyəsər olmadlar. İngilislərin Bakıya çağırılması da işə yaramadı. Sentyabrın 15-də Qafqaz İslam Ordusunun köməyi ilə Bakı azad edildi.

Əlavə bax:

http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=24803

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2006&Pid=6561&lng=aze&pid=9598

http://medeniyyet.az/site/?name=content&content=2469

 * * *

2001 – Azərbaycan Respublikası ərazisində bütün idarə-müəssisələr, dövlət və qeyri-dövlət qurumları, Azərbaycan dilində olan bütün nəşrlər latın qrafikalı əlifbaya keçiblər.

Bu tarixi proses prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşib.

Prezidenti Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı.

Həmin fərmanla 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page455.html

http://anspress.com/nid126710.html

http://bizimasr.media-az.com/arxiv_2003/avgust/170/ic.html

* * *

Bax:

►31 iyul



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009