Bizim təqvim > İyul > 31
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 31 iyul hansı fakt və olaylarla yadda qalıb?
31 iyul
1918 – Daşnak-bolşevik «Bakı Soveti»də parçalanma baş verib. Erməni daşnaklar eser və menşeviklərlə birləşərək bolşevik hökumətini – Stepan Şumayanın başçılıq etdiyi Bakı Kommunasını (Bakı Xalq Komissarları Soveti) deviriblər.
“Bakı Kommunası”nnda parçalanma Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı qüvvələrinin (Qafqaz Islam Ordusu) Bakıya yürüşünü önləmək üçün atılacaq addımlarla bağlı idi.
Daşnak-eser-menşeviklər Qafqaz Islam Ordusunun qarşısını almaq üçün İrandakı ingilis qoşunlarının köməyə çağırılmasını istəyirdi, bolşevik Rusiyasının planlarını yerinə yetirən Şaumyanın komandası isə buna qarşı idi.
Nəticədə birincilər Bakı komissarlarını hakimiyyətdən kənarlaşdıraraq onları Bayıl həbsxanasına salıblar. Səhərisi (1 avqust 1918) Bakıda eser-menşevik və daşnakların «Sentrokaspi diktaturası» quruldu.
Əlavə bax:
http://wapedia.mobi/az/Bak%C4%B1_Soveti
http://www.gundelik-baku.com/view.php?lang=az&menu=11&id=833
http://baki1918-20.azeriblog.com/2009/04/02/alyosha-caparidze-muellif-m-zulfuqarli
* * *
1926 – Akademik, neft-qaz sahəsində tanınmış alim, ictimai xadim Mitəd Abbasov anadan olub.
SSRİ Elmlər Akademiyasının müxbir üzvü olub.
1991-1992-ci illərdə Azərbaycan Respublikasının dövlət katibi işləyib.
* * *
1991 – Erməni terrorizmi Azərbaycana qarşı növbəti qanlı aksiyanı həyata keçirib.
Moskva-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarının Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında partladılması nəticəsində 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
Əlavə bax:
http://www.mns.gov.az/otherterroracts_az.html
* * *
2002 – Prezident Heydər Əliyev "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yardılması haqqında" fərman imzalayıb.
Fərmana əsasən, Dövlət Sərhəd Xidməti Milli Təhlükəsizilik Hazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında yaradılıb.
* * *
Bax:
►30 iyul