Bizim təqvim > İyul > 30
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 30 iyul hansı fakt və olaylarla yadda qalıb?
30 iyul
1435 – Təbriz yaxınlığında Qaraqoyunlu hökmdarı İsgəndərin qoşunları ilə Teymurilər hökmdarı Şahrux və Şirvanşahın birləşmiş qüvvələri arasında döyüş olub. Döyüş Qaraqoyunlu qoşunlarının məğlubiyyəti ilə başa çatıb.
Atası Qara Yusifin ölümündən sonra taxta çıxan İsgəndər Qaraqoyunlu dövlətinin ərazisini genişləndirmək üçün bir neçə dəfə Şirvana hücumlar etsə də, istəyinə nail olmamışdı.
İsgəndərdən sonra hakimiyyətə gələn Cahan şahın dönəmində Qaraqoyunlu dövləti indiki İran və İraqın böyük hissəsində hakim oldu.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Qaraqoyunlular
http://www.elibrary.az/docs/nacaf_book.pdf
* * *
1744 – İran taxt-tacının azərbaycanlı (türk) hökmdarı Nadir şah Əfşar Orta Asiya və Hindistan zəfərlərindən sonra Osmanlı üzərinə yürüş edib.
Lakin Nadir şahın Qarsı ələ keçirmək cəhdi uğursuz olub.
Bu arada Azərbaycanın şimalında Nadir şah əleyhinə üsyanlar başlamışdı.
Həmin üsyanların nəticəsi olaraq 1744-cü ildə birinci olaraq Şəkidə Hacı Çələbinin başçılığı ilə müstəqil xanlıq yarandı.
Nadir şah haqqında əlavə bax:
http://az.wikipedia.org/wiki/Nadir_%C5%9Fah_%C6%8Ff%C5%9Far
* * *
1918 – Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə çar Rusiyası işğalından (1805) sonra Gəncə şəhərinə verilmiş Yelizavetpol adı ləğv olunub, şəhərin tarixi adı bərpa olunub.
Xalq Cümhuriyyəti hökumətinin digər qərarı ilə çar Rusiyası dövründə Karyaqin adı verilmiş Cəbrayıl qəzasının da tarixi adı bərpa edilib.
1935-ci ildə Gəncənin adı yenidən dəyişdirilib və sovet liderlərindən olan Sergey Mironoviç Kirovun adı ilə Kirovabad adlandırılıb. 1989-cu ildə təkrar tarixi adı özünə qaytarıldı.
Gəncə haqqında əlavə bax:
http://az.wikipedia.org/wiki/G%C9%99nc%C9%99
http://www.ganca.net/aze/history.html
Cəbrayıl rayonu haqqında əlavə bax:
http://az.wikipedia.org/wiki/C%C9%99bray%C4%B1l
* * *
1969 - Azərbaycanın Milli Qəhrəmanı Aqil Səməd oğlu Məmmədov (1969-1992) Qubadlı rayonunda anadan olub.
1992-ci il avqustun 7-də Laçın rayonunun Susuzdağ yüksəkliyindəki döyüşdə qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aqil Səməd oğlu Məmmədova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Əlavə bax:
http://www.zengilan.com/qehreman.php?subaction=showfull&id=1198608155&archive=&start_from=&ucat=10&
* * *
Bax:
►29 iyul