Bizim təqvim > İyul > 29
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 29 iyul hansı fakt və olaylarla yadda qalıb?
29 iyul
1989 – Azərbaycandan Ermənistana gedən dəmir yolu xətti Ermənistan ərazisində qatarlara edilən hücumlar nəticəsində bağlanıb.
Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması başlanıb.
Bundan sonra Bakı-Naxçivan dəmir yolu xətti qeyri-müntəzəm olaraq, uzun fasilələrlə fəaliyyət göstərib.
1991-ci ilin payızından etibarən Ermənistan ərazisindən qatarlara silahlı basqınlar aramsız hal aldı və dəmir yolu xətti tamamilə bağlandı.
* * *
1993 – BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinin genişlənməsi və erməni silahlı qüvvələri tərəfindən Ağdam rayonunun işğalı bağlı 853 saylı qətnamə qəbul edib.
Qətnamədə erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması tələb olunurdu.
Lakin sənəddə Ermənistanın adı təcavüzkar kimi hallanmırdı.
Bundan öncəki 822 saylı və sonrakı 874, 884 saylı qətnamələr də eyni təxminən məzmunda qəbul olunmuşdur.
Əlavə bax:
http://www.azerbaijan.az/portal/Karabakh/Documents/documents_a.html
* * *
2002 – Milli Məclisin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi barədə prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə təqdim olunmuş qanun layihəsi müzakirə edilərək bəyənilib.
Qanun layihəsi əsasında Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq səsverməsi - referendum 2002-ci il avqustun 24-də keçirildi.
Əsas Qanuna dəyişikliklər insan hüquqlarının və azadlıqlarının qorunmasının əlavə təminatları, seçki sistemi, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin tənzimlənməsi, məhkəmə hakimiyyətinin rolunun artmasını və s. nəzərdə tuturdu.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page35.html
* * *
Bax:
►28 iyul