Bizim təqvim > İyul > 28
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 28 iyul hansı fakt və olaylarla yadda qalıb?
28 iyul
1723 – Çar I Pyotrun göndərdiyi rus qoşunları Bakını işğal edib. Bakı hakimi Məhəmmədhüseyn bəy sürgünə göndərilib.
Bu, Rusiyanın Azərbaycan üzərinə birinci işğalçılıq yürüşü idi.
1735-ci ildə ruslar Səfəvi dövləti ilə bağlanmış müqavilənin şərtlərinə görə, Azərbaycan torpaqlarını tərk etdilər.
Rusiya imperiyasının Azərbaycan üzərinə ikinci və həlledici yürüşü XIX əsrin əvvəlində başlandı.
Əlavə bax:
http://azerbaycanli.org/az/page42.html
* * *
1931 – Məşhur Azərbaycan neftçisi, geoloq Fərman Salmanov (1931-2007) Şəmkirdə anadan olub.
Fərman Salmanov 1960-1980-ci illərdə Qərbi Sibirdə 100-dən neft-qaz yatağının kəşfində iştirak edib.
SSRİ Elmlər Akademiyasının müxbir üzvü olub, SSRİ neft sənayesi nazirinin müavini vəzifəsində çalışıb.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/F%C9%99rman_Salmanov
* * *
1935 – Görkəmli bəstəkar, Azərbaycanın xalq artisti Vasif Adıgözəlov (1935-2006) anadan olub.
Vasif Adıgözəlov musiqinin müxtəlif janrlarında qələmini sınayaraq çox dəyərli sənət əsərləri yaradıb: 4 simfoniya, 5 fortepiano və orkestr üçün konsert, 6 musiqili komediya, 4 oratoriya ("Odlar yurdu", "Qarabağ şikəstəsi", "Qəm pəncərəsi", "Çanaqqala"), 2 opera ("Ölülər", Natəvan"), skripka ilə orkestr üçün konsert, kinofılmlərə musiqi, çoxlu sayda mahnı və romanslar.
Bəstəkarın "Odlar yurdu", "Qarabağ şikəstəsi" oratoriyaları, "Natəvan" operası Qarabağ dərdi, Qarabağ nisgili ilə yazılıb.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Vasif_Ad%C4%B1g%C3%B6z%C9%99lov
* * *
1990 – Azərbaycanda başda Xalq Cəbhəsi olmaqla demokratik qüvvələrin ilk ümumrespublika forumu keçirilib.
Parlament seçkiləri (sentyabr 1990) ərəfəsində bir araya gələn 20-dən çox ictimai təşkilatın iştirakı ilə “Demokratik blok” adlı vahid seçki koalisiyası yaradılıb.
Əlavə bax:
http://azerbaycanli.org/az/page130.html
* * *
2001 – Türkmənistan Azərbaycanın “Əsrin müqaviləsi” çərçivəsində istismar etdiyi "Azəri" və "Çıraq" yataqlarının, həmçinin "Kəpəz" neft-qaz strukturlarının ona məxsus olması barədə Azərbaycana nota göndərib.
Rəsmi Bakı notaya cavab olaraq Azəri" və "Çıraq" yataqlarının birmənalı şəkildə Azərbaycana məxsus olduğunu, “Kəpəz” strukturu ilə bağlı isə konstruktiv danışıqlara hazır olduğunu bildirib.
Əlavə bax:
http://www.azerbaijan.az/portal/WorldCommunity/CaspianStatus/caspianStatus_a.html
* * *
Bax:
►27 iyul