Bizim təqvim > İyul > 27
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 27 iyul hansı fakt və olaylarla yadda qalıb?
27 iyul
1804 – Rusiya-İran müharibəsində (1804-1813) ilk toqquşma - Üçmüədzin döyüşü olub. İrəvan xanlığının ərazisindəki Üçmüədzin kəndi (indiki Ermənistanın Eçmiədzin rayonu) yaxınlığında baş verən döyüşdə İran qoşunları rus qoşunlarını məğlub ediblər.
Bunun ardınca, sentyabrın 4-də Qəmərli kəndi (indiki Ermənistanda Artşat qəsəbəsi) yaxınlığında ikinci döyüşdə də məğlub olan ruslar geri çəkiliblər.
Lakin 1805-ci ilin əvvəlində, Şəki və Qarabağ xanlıqları istiqamətində yenidən yürüşə başlayan ruslar həmin ilin mayında (14 və 21 may) bağlanan Kürəkçay müqavilələri ilə hər iki xanlığı ələ keçiriblər.
Əlavə bax:
http://azerbaycanli.org/az/page42.html
http://azerbaijanvision.com/index.php?name=News&file=article&sid=94
* * *
1826 – Gəncədə çar Rusiyasının müstəmləkəçiliyi əleyhinə güclü üsyan baş verib.
Bu, Gəncə xanlığının 1804-cü ildə Rusiya tərəfindən işğalından sonra çar üsul-idarəsinə qarşı ilk kütləvi çıxış idi.
Bu arada Rusiya ordusu artıq Naxçıvan və İrəvan xanlıqları uğrunda İranla müharibə aparırdı. Üsyan rus qoşunları tərəfindən amansızlıqla yatırılıb.
Əlavə bax:
http://xosrov.azeriblog.com/2008/07/31/gulustan-ve-turkmenchay-muqavileleri
* * *
1997 – Prezident Heydər Əliyev ABŞ-a ilk rəsmi səfərə gedib. Avqustun 6-dək davam edən səfər gedişində Azərbaycan prezidenti əvvəlcə Nyu-Yorkda BMT-nin baş katibi Koffi Annan, NATO-nun baş katibi Xavyer Solana ilə, ABŞ-ın biznes dairələri ilə görüşlər keçirmiş, iyulun 29-da Vaşinqtona getmişdi.
Avqustun 1-də Ağ Evdə ABŞ prezidenti Bill Klintonla danışıqlardan sonra iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini elan edən siyasi sənəd - Birgə Bəyannamə imzalanıb.
Bundan əlavə, Azərbaycanın Dövlət Neft Şirkəti ilə ABŞ-ın "Shevron", "Exxon", "Mobil" və "Amoco” neft şirkətləri arasında 4 müqavilə imzalanıb.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=80&Itemid=43
* * *
2002 – Prezident Heydər Əliyev Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının ilk məzun buraxılışında iştirak edib.
Ali Təyyarəçilik Məktəbi 1998-ci ildə Türkiyə Silahlı Qüvvələrinin yaxından iştirakı ilə, NATO standartlarına uyğun tədris və təlim sistemi üzrə yaradılmışdı.
Əlavə bax:
http://library.aliyev-heritage.org/az/3183680.html
http://mediaforum.az/print.php?lang=az&article_id=20090213040801163&page=07
http://az.apa.az/xeber_Azerbaycan_Ali_Herbi_Teyyarechilik__145935.html
http://www.milaz.info/news.php?id=38
* * *
Bax:
►26 iyul