ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > İyul > 24

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 24 iyul hansı fakt və olaylarla yadda qalıb?

 

24 iyul

1993 – Erməni qüvvələrinin Ağdamı işğal etməsi ilə əlaqədar Rusiya XİN və ABŞ Dövlət Departamenti bəyanat yayıb.

Rusiyanın bəyanatı, sadəcə, münaqişə tərəflərinə atəşkəsi dayandırmaq çağırışından ibarət idi.

ABŞ bir qədər konkret mövqe bildirərək Qarabağ ermənilərini «düşmən niyyətli hərbi əməliyyatları dayandırmağa» çağırmışdı.

Qarabağ danışıqlarına vasitəçilik edən ATƏM-in Minsk konfransının sədri Mario Raffaellinin (İtaliya) bəyanatında isə «erməni silahlı qüvvələrindən» işğal olunmuş ərazilərdən çıxmaq tələb olunurdu.

Lakin bəyanatların heç birində Azərbaycan torpaqlarının işğalının Ermənistan tərəfindən həyata keçirildiyi qeyd olunmurdu.

 * * *

2001 – Bakı İran hərbi gəmilərinin Xəzərdə kəşfiyyat aparan Azərbaycan gəmilərinə hücum etməsi ilə bağlı bu ölkəyə etiraz notası verib.

Bir gün öncə, iyulun 23-də Xəzərin cənubunda (İran-Azərbaycan dəniz sərhədi), "Araz-Alov-Şərq" strukturunda bp (Böyük Britaniya) şirkətinin sifarişi ilə kəşfiyyat işləri aparan "Geofizik-3" və "Əlif Hacıyev" gəmiləri İranın hərbi gəmiləri tərəfindən hücuma məruz qalaraq ərazini tərk etməyə məcbur olmuşdular.

Hadisə İran-Azərbaycan münasibətlərində kəskin rezonans doğurdu. Münasibətlərdəki gərginlik bir neçə ay sürdü və 2002-ci ildə prezident Heydər Əliyevin İrana səfərindən sonra aradan qalxdı.

Eyni zamanda, Azərbaycan Xəzərin statusuna dair mübahisələr və İranla dəniz sərhədi problemi cözülənədək "Araz-Alov-Şərq" strukturunda kəşfiyyat işlərini dayandırdı.

 Xəzərin statusu problemi haqqında bax:

http://www.azerbaijan.az/portal/WorldCommunity/CaspianStatus/caspianStatus_a.html

Azərbaycan-İran münasibətləri barədə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=111&Itemid=43

* * *

Bax:

►23 iyul



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009