Bizim təqvim > İyul > 23
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 23 iyul hansı fakt və olaylarla yadda qalıb?
23 iyul
1916 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Maral Rəhmanzadə (1916 - 2008) anadan olmuşdur.
Əsərləri bir çox ölkələrdə incəsənət sərgilərində nümayiş etdirilib, Moskvadakı Tretyakov qalereyasında və digər xarici muzeylərdə saxlanılır.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Maral_Ra%C9%99hmanzad%C9%99
http://www.anl.az/down/medeniyyet2008/mart/medeniyyet2008_mart_150.htm
* * *
1991 – "Nezavisimaya qazeta"da (Rusiya) ittifaq əhəmiyyətli təqaüdçü, Azərbaycan Ali Sovetinin və Naxçıvan Ali Məclisinin deputatı Heydər Əliyevin Sov.İKP sıralarını tərk etməsi barədə bəyanatı dərc olunub.
SSRİ rəhbərliyindən istefa verəndən sonra Sov.İKP üzvü kimi Moskvada qeydiyyatda olan H.Əliyev partiyadan çıxmaq barədə iyulun 19-da bəyanat vermiş və ərizəsini Moskvaya, yerli partiya təşkilatına göndərmişdi. Azərbaycanın o vaxtkı rəhbərliyi və Moskva dairələri bəyanatın geniş mətbuata çıxmasına imkan vermədilər.
"Nezavisimaya qazeta"da dərc edilən bəyanatında H.Əliyev SSRİ rəhbərliyinin Ermənistanın Azərbaycana qarşı təcavüzünə seyrçi qalmasına etiraz etdiyini və kommunist ideologiyasına inamının məhv olduğunu vurğulamışdı.
* * *
1993 – Ermənistanın silahlı qüvvələri Ağdam istiqamətində genişmiqyaslı hücumdan sonra rayonun Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndlərini işğal edərək səhər erkən Ağdam şəhərinə daxil olublar.
Günün ikinci yarısında şəhər tamamilə işğal olunub. Sonrakı günlərdə erməni qüvvələri Ağdam rayonunun üçdə ikisini işğal etdi.
Ağdamın işğalı Azərbaycanın Dağlıq Qarabağın ətrafında Laçın və Kəlbəcərdən sonra üçüncü böyük itkisi idi.
Ağdam Dağlıq Qarabağ ətrafında ən böyük rayondur (əhalisi 160 min nəfər) və onun süqütu Azərbaycanın daha dörd rayonunun işğalını labüd etdi.
Ağdamın işğalından dərhal sonra ermənilərin Füzuli-Cəbrayıl istiqamətində hücumu başlandı.
Ağdam rayonunun ərazisinin (1093 kv km) üçdə ikisi erməni işğalı altındadır.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/A%C4%9Fdam
http://www.azerbaijan.az/_Districts/_districts_a.html
* * *
Bax:
►22 iyul