Bizim təqvim > İyul > 21
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 21 iyul hansı fakt və olaylarla yadda qalıb?
21 iyul
1920 – Şəmkir qəzasının Müşkürlü kəndində Namazın başçılığı altında Azərbaycanın zorla sovetləşməsi əleyhinə üsyan baş verib.
Üsyan bolşevik Rusiyasının işğalçı XI ordusunun hissələri tərəfindən yatırılıb.
Əlavə bax:
http://azerbaycanli.org/az/page179.html
http://www.azerbaycanli.org/az/page42.html
* * *
1992 – Milli Məclis Azərbaycanın bir sıra beynəlxalq konvensiyalara qoşulması barədə sənədləri təsdiqləyib.
Parlamentin qərarına əsasən, Azərbaycan aşağıdakı konvensiyalara qoşulub:
Konsul əlaqələri haqqında Vyana Konvensiyası (24 aprel 1963-cü il tarixdə qəbul olunub); BMT-nin Müstəsna və Diplomatik hüquqları haqqında Konvensiyası (13 fevral 1946-cı il); İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq pakt (19 dekabr 1966-cı il); Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (19 dekabr 1966-cı il); Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası (18 aprel 1961-ci il); BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası (20 noyabr 1989-cu il).
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=category§ionid=9&id=30&Itemid=50
* * *
2002 – Ukraynanın Yalta şəhərində (Krım) GUAM ölkələri dövlət başçılarının zirvə görüşü keçirilib.
Prezidentlər Leonid Kuçma (Ukrayna), Heydər Əliyev (Azərbaycan), Eduard Şevardnadze (Gürcüstan) və Vladimir Voroninin (Moldova) iştirak etdiyi sammitdə toplantıda birgə əməkdaşlığa dair bir sıra sənədlər, o cümlədən "Regional sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün birgə səylərin göstərilməsinə dair Bəyannamə" imzalanıb.
Əlavə bax:
http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=545&Itemid=1
* * *
Bax:
►20 iyul