ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > İyul > 19

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 19 iyul hansı fakt və olaylarla yadda qalıb?

 

19 iyul

 

1826 – İran qoşunları Araz çayını keçərək Rusiyanın nəzarətində olan Şimali Azərbaycan torpaqlarına daxil olub, ikinci Rusiya-İran müharibəsi (1826-1828) başlanıb.

Müharibənin ilk günlərdə rusların hərbi qərargahı yerləşən Şuşa qalasını mühasirəyə alan İran (Qacarlar) taxt-tacının şahzadəsi Abbas Mirzənin qoşunları sonradan geri çəkilməyə başladılar.

İran Rusiya ilə 1804-1813-cü illər müharibəsindəki məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, yenə məğlub oldu.

Türkmənçay müqaviləsinə əsasən (10 fevral 1828), bu dəfə İran öz nəzarətindəki İrəvan və Naxçıvan xanlıqlarının da Rusiyaya verməyə məcbur oldu.

Bununla da Araz çayından şimalda bütün Azərbaycan torpaqlarının Rusiyaya ilhaqı başa çatdırıldı.

Əlavə bax:

http://azerbaycanli.org/az/page48.html

* * *  

1915 – Tanınmış opera müğənnisi, xalq artisti Ağababa Bünyadzadə (1915-1974) anadan olmuşdur.

* * *  

1920 – Xalq Cümhuriyyətinin qurucularından biri, 1918-1920-ci illərdə Azərbaycan parlamentinin sədr müavini olmuş Həsən bəy Ağayev Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib.

Xalq Cümhuriyyətinin süqutundan sonra onun bir sıra xadimləri hələ bolşevik Rusiyasının işğalına məruz qalmamış Gürcüstana mühacirət etmişdilər. Burada isə onları erməni terroru onları hədəf almışdı.

1920-ci ilin mayında Xalq Cümhuriyətinin baş naziri Fətəli xan Xoyski də Tiflisdə qətlə yetirilmişdi.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/H%C9%99s%C9%99n_b%C9%99y_A%C4%9Fayev

* * *

2007 – Ermənistanın Dağlıq Qarabağda qurduğu marionet rejimdə növbəti siyasi göstəri - «prezident seçkisi» keçirilib.

Qarabağ separatçılarının lideri vəzifəsində Akradi Qukasyanı Bako Saakyan əvəz edib. Azərbaycan bu seçkini qeyri-qanuni elan edib.

Beynəlxalq təşkilatlar da separatçıların «seçkisi»ni tanımadıqlarını bəyan ediblər.

 * * *

Bax:

►18 iyul



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009