ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > İyul > 18

Tarixdə bu gün: Azərbaycan

Saytımızda yeni bölməni – “Bizim təqvim” rubrikası altında “Tarixdə bu gün: Azərbaycan” bölməsini təqdim edirik. Elektron xronoqraf formatında nəzərdə tutulan bölmədə Azərbaycan tarixinin təqvimin günlərində həkk olunmuş hadisə və faktları, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər yer alacaq.

Bu işin böyük bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş, zənginləşdirilmiş elektron variantı yer alacaq. Bununla yanaşı, hörmətli oxucularda bu bölməyə aid əlavə fakt və materiallar (təqvimin günləri üzrə) varsa, onları bizimlə bölüşməyi (vuqar@azerbaycanli.org) rica edirik.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 18 iyul hansı fakt və olaylarla yadda qalıb?

18 iyul

 

1908 – Səttərxanın başçılıq etdiyi inqilab (Məşrutə-Konstitusiya inqilabı) Təbrizdə qələbə çalıb.

Səttərxanın fədailər dəstəsi şəhəri “ağ bayraqlar”dan təmizləyib, Təbriz İran inqilabının (1905-1911) mərkəzinə çevrilib. Bir qədər sonra, 1909-cu ildə Cənubi Azərbaycanda demokratik hakimiyyət orqanları qurulmağa başlandı.

1910-cu ilin martında Səttərxanın fədailəri Tehrana yürüşə başladılar, lakin İran monarxiyasının çar Rusiyasını köməyə çağırması ilə inqilab süqut etdi.

Təbrizə daxil olan Rusiya qoşunları inqilabçılara divan tutdular.

Əlavə bax:

http://www.azadtribun.net/x44.htm

http://www.rasulzade.org/articles/1_161.html

http://www.dak.az/view.php?lang=az&menu=14&id=953

* * *

Nəsiminin heykəli,
müəl. Tokay Məmmədov
1927 – Tanınmış heykəltəraş, xalq rəssamı, SSRI Rəssamlıq Akademiyasının müxbir üzvü Tokay Məmmədov anadan olub.

Bakıda Üzeyir Hacıbəyovun, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin (Ömər Eldarovla birlikdə) heykəllərinin müəllifidir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi kimi gənc heykəltəraşların yetişməsinə öz töhfəsini verib.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Tokay_M%C9%99mm%C9%99dov

http://www.anl.az/down/medeniyyet2007/may/medeniyyet2007_may_251.htm

 * * *

1988 – SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş geniş iclası keçirilib.

SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Mixail Qorbaçovun sədrlik etdiyi iclasda Azərbaycan və Ermənistanın siyasi rəhbərliyi, hər iki respublikanın SSRİ Ali Sovetindəki deputatları iştirak ediblər.

Gərgin mübahisələrlə keçən iclasda "Dağlıq Qarabağ barəsində məsələyə dair" SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı qəbul olunub.

Sənəddə Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağı ilhaq etmək barədə qərarının yolverilməz olduğu və onun ləğv edilməsinin zəruriliyi vurğulansa da, Yerevan bu çağırışı saya salmadı.

 * * *

2009 – Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedev arasında Qarabağ nizamlanması ilə bağlı görüş keçirilib.

Bir gün öncə, iyulun 17-də Rusiya paytaxtında Azərbaycan və Ermənistan rəhbərləri arasında Qarabağ danışıqlarının növbəti raundu olmuşdu.

 * * *

Bax:

►17 iyul



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009