Bizim təqvim > İyul > 17
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 17 iyul hansı fakt və olaylarla yadda qalıb?
17 iyul
1487 – Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (1487-1524) Ərdəbildə anadan olub.
Səfəvilər dövlətinin təməli dini-siyasi hərəkat olaraq Şeyx Səfi tərəfindən qoyulub.
1450-1480-ci illərdə Ağqoyunlu hökmdarı Uzun Həsənin (İsmayılın ana tərəfdən babası), Şeyx Cüneyd (babası) və Şeyx Heydərin (atası) Azərbaycan torpaqlarının birləşdirmək uğrunda başladıqları işi Şah İsmayıl həyata keçirib.
Şah İsmayıl 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvi dövlətini qurub. Hakimiyyətdə olduğu qısa dövrdə (1501-1524) onlarla məmləkəti ələ keçirərək Səfəvi imperatorluğuna qatıb, şöhrəti bütün Avropaya yayılıb.
Eyni zamanda, dövrün tanınmış şairi olub, «Xətai» təxəllüsü ilə əsərlər yazıb.
1524-cü il mayın 23-də qəflətən vəfat edib, Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.
Əlavə bax:
http://azerbaycanli.org/az/page46.html
http://az.wikipedia.org/wiki/%C4%B0smay%C4%B1l_x%C9%99tai
http://aydintabrizli.azeriblog.com/2008/09/13/shah-ismail-xetai
http://zaur.azeriblog.com/2008/08/20/shah-ismayil-xetai
* * *
1913 – Xalq artisti, tanınmış estrada müğənnisi Mirzə Babayev (1913-2002) anadan olub.
Müğənnilk fəaliyyəti ilə yanaşı, aktyor kimi bir sıra kinofilmlərdə çəkilib.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Mirz%C9%99_Babayev
* * *
|

|
|
Behbudağa Cavanşir sağdan 2-ci
|
1920 – İctimai xadim, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri (uyun 1918 – dekabr 1918) Behbud ağa Cavanşir İstanbulda erməni terrorçusu Misak Torlakyan tərəfindən qətlə yetirilib.
Behbud ağa Cavanşir Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xan Cavanşirin oğludur. 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində dünyaya gəlmişdir.
Behbud ağa Cavanşirin daxili işlər naziri olduğu dövr Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapması, Bakının erməni-daşnak və bolşevik qüvvələrindən təmizlənməsi dövrü olub.
Əlavə bax:
http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2006&Pid=3330
* * *
1939 – Etnoqraf, folklorşünas Hikmət Əhməd oğlu Əbdülhəlimov anadan olmuşdur.
* * *
1967 – Azərbaycanın tanınmış jurnalisti, “Monitor” jurnalının qurucusu və baş redaktoru Elmar Hüseynov anadan olub.
2005-ci il martın 2-də Bakıda, yaşadığı binanın girişində naməlum qatil(lər) tərəfindən qətlə yetirilib.
Qətl hadisəsi təkcə Azərbaycanda deyil, dünyada da geniş rezonans doğurub.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Elmar_H%C3%BCseynov
* * *
2006 – «Böyük 8-lik» ölkələri (ABŞ, Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada, Yaponiya, Rusiya) başçılarının Sankt-Peterburqda keçirilən sammitinin yekun bəyannaməsində Dağlıq Qarabağ sülh prosesinə də yer ayrılıb.
Dünya liderləri Azərbaycan və Ermənistan rəhbərlərini sülh danışıqlarını sürətləndirməyə çağırıblar.
* * *
Bax:
►16 iyul